“Muzeylər
və Nizami irsi”
Beynəlxalq virtual layihə
Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
əməkdaşlığı və Respublika Uşaq-Gənclər İnkişaf
Mərkəzinin təşkilatçılığı
ilə “Muzeylər və Nizami irsi” adlı beynəlxalq virtual layihəyə
start verilib.
Onlayn formatda keçirilən təqdimatda
Respublika Uşaq-Gənclər
İnkişaf Mərkəzinin
direktoru Firuzə Sultanzadə çıxış
edərək layihənin
əhəmiyyəti barədə
məlumat verib. Bildirib ki,
layihə Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin
ölkəmizdə “Nizami
Gəncəvi İli”
elan edilməsi ilə əlaqədar “Məktəblilər üçün
muzey həftəsi” layihəsi çərçivəsində
reallaşır. Məqsəd
dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami
Gəncəvinin zəngin irsinin araşdırılması və
təbliğ olunmasına
töhfə verməkdir.
18-26 may tarixini əhatə
edəcək layihə
çərçivəsində məktəblilər böyük
söz ustadının
yaradıcılığı ilə bağlı mədəni sərvətlərin
qorunub saxlanıldığı
ölkəmizin aparıcı
muzeylərini onlayn ziyarət etmək imkanı qazanacaqlar.
Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə
nəzarət şöbəsinin
müdiri Nərgiz Abdullayeva layihənin ərsəyə gəlməsində
əməyi keçən
hər kəsə minnətdarlığını bildirib. Qeyd edib ki, Respublika Uşaq-Gənclər İnkişaf
Mərkəzi və Mədəniyyət Nazirliyinin
birgə əməkdaşlığı
nəticəsində artıq
6-cı ildir “Məktəblilər
üçün muzey
həftəsi” layihəsi
çərçivəsində müxtəlif tədbir və proqramlar həyata keçirilir. Şöbə müdiri beynəlxalq
proqramın gənc nəslin təlim-tərbiyəsinə
müsbət təsir
göstərəcəyini və
Nizami Gəncəvinin
zəngin yaradıcılığının
öyrənilməsi və
tanıdılması baxımından
əhəmiyyət kəsb
etdiyini vurğulayıb.
Daha sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzi
Himayəçilər Şurasının
sədr müavini Rəfi Qurbanov dahi şairin yaradıcılığı barədə
xüsusi təqdimatla
çıxış edib.
Sonda tədbir
iştirakçıları üçün Gəncədəki
Nizami Gəncəvi Muzeyinə virtual ekskursiya təşkil edilib.
Qeyd edək ki, layihə çərçivəsində
məktəblilər üçün Mədəniyyət
Nazirliyinin tabeliyində fəaliyyət
göstərən Milli İncəsənət
Muzeyi, Milli Xalça Muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Dövlət Teatr
Muzeyinə də onlayn ekskursiyalar
təşkil olunacaq.
Mədəniyyət.- 2021.- 19 may.-
S.2.