Hər kəsi sınaqdan keçirib
düz bax...
Nizami sözündən
incilər
Nizami Gəncəvinin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. “Xəmsə”yə daxil olan beş poema-məsnəvidə bütün zamanların ən humanist, ümumbəşəri idealları parlaq bədii əksini tapıb. “Nizami Gəncəvi İli” qüdrətli söz ustadının misilsiz xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi və öyrənilməsi üçün yeni zəmindir.
“Nizami sözündən incilər”də dahi şairin möhtəşəm beşliyindən növbəti seçmələri təqdim edirik.
Hər kəsi sınaqdan keçirib düz bax,
Sınaqsız olmasın o sənə küstax.
Heç kəsin əhdinə bel bağlama gəl,
Onun iç üzünə atmayınca əl.
(“Leyli və Məcnun”)
Yenilməz ürəklə çıx yola görüncə xəzan,
Ürək qorxaq olanda odlanıb alışar
can.
(“Sirlər xəzinəsi”)
Dost qəlbi torpaqdır, ona əl vursan,
Əlin pak olacaq o zaman,
inan.
(“Xosrov və Şirin”)
Adına
yaxşılıq sikkəsini
çal,
Böyük şöhrət qazan,
göylərə ucal!
(“Yeddi gözəl”)
Zülmü birdəfəlik eylə
sən kənar,
Çünki zülmkarlıq ömrü
azaldar.
(“İsgəndərnamə” – “İqbalnamə”)
Döyüşdən yaxşıdır
barışıq, şəfqət,
Biri dərd
gətirir, biri səadət.
(“İsgəndərnamə” – “Şərəfnamə”)
Mədəniyyət.- 2021.- 21 may.-
S.7.