“Azərbaycanım” uşaq
rəsm festivalı çərçivəsində plener
Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 25-27 may tarixində saat 11:00-da “Azərbaycanım” IV Respublika uşaq rəsm festivalı çərçivəsində plener keçiriləcək.
Bu dəfə “Nizami Gəncəvi İli”ndə təşkil olunan festival rəssamlıq istedadına malik uşaq, yeniyetmə və gənclərin bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, doğma Vətənə məhəbbət hisslərini artırmaq, həmçinin rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı gəncliyə aşılamaq məqsədi daşıyır.
Festival çərçivəsində elan edilən müsabiqədə 150-dən çox məktəb, yaradıcılıq mərkəzi və dərnək təmsil olunub. 1500-ə yaxın yeniyetmə və gəncin təqdim etdiyi 2000-dən çox əl işinin arasından sərgilənmək üçün 500-ə yaxın əl işi seçilib. Onlardan 3 yaş kateqoriyası üzrə ən yaxşı 30 əsərin müəllifi festivala dəvət alıb. Plenerdə həmin müəlliflər iştirak edəcək.
Plenerin Xətai Sənət
Mərkəzinin qarşısında keçirilməsi nəzərdə
tutulur.
Mədəniyyət.- 2021.- 21 may.-
S.2.