Atatürkün 140 illik yubileyinə həsr olunan elmi konfrans
Mayın
18-də AMEA-nın akademik
Ziya Bünyadov adına Şərqşünaslıq
İnstitutunun təşkilatçılığı
ilə Türkiyə Cümhuriyyətinin qurucusu
Mustafa Kamal Atatürkün
(1881–1938) 140 illik yubileyinə
həsr olunan elmi konfrans keçirilib.
“Mustafa Kamal Atatürk
– türk dünyasının
böyük öndəri”
mövzusunda konfransı
açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan-Türkiyə münasibətlərinin
ən yüksək səviyyədə olduğunu,
keçirilən elmi toplantının da bu dostluğun, qardaşlığın bir
nümunəsi olduğunu
deyib. Mustafa Kamal
Atatürkü türk
xalqının 1919-cu ildə
başlanan İstiqlal
savaşının ən
böyük qəhrəmanı
adlandıran akademik onun həm də
dövlətin ideoloji
əsasını qurduğunu,
Türkiyənin Atatürkün
yolu ilə gedərək dünya dövlətləri arasında
layiqli yerini tutduğunu bildirib.
Tədbirdə çıxış edən
Türkiyənin Azərbaycandakı
Səfirliyinin təhsil
müşaviri Nihat Böyükbaş Anadoludan
bir çox türk liderinin çıxdığını və onların qazandıqları uğurun
həm də milli ruhda yetişib-böyümələri
ilə bağlı olduğunu qeyd edib. O, Atatürkün məhz
bu cür mühitdə, mədəniyyətdə
yetişən məsləkdaşları
ətrafına yığaraq
Türkiyə Cümhuriyyətini
qurduğunu söyləyib.
Diplomat konfransı yüksək dəyərləndirərək
təşkilatçılara təşəkkürünü bildirib.
Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva iki ölkə arasında qardaşlıq münasibətlərinin
inkişafında alimlərin
rolundan danışıb. İnstitutda
türkoloji tədqiqatlara
böyük önəm
verildiyini deyən akademik Orta əsrlər
Türkiyə tarixi məsələləri ilə
əlaqədar Səlcuqilər
dövrü, Bəyliklər
dövrü və Osmanlı İmperiyası
dövrü Anadolu tarixinin müxtəlif aspektlərinin öyrənilməsi
sahəsində önəmli
nəticələrin əldə
edildiyini bildirib. İnstitutun direktoru Azərbaycanın və Cənubi Qafqazın sosial-iqtisadi tarixinin öyrənilməsi
üçün mühüm
mənbə olaraq Osmanlı təhrir dəftərlərinin xüsusi
əhəmiyyətini diqqətə
çatdıraraq, bu sahədə görülən
işlərdən danışıb
və Qarabağ tarixinə aid Osmanlı sənədlərinin tərcüməsi
və nəşrə
hazırlanmasını xüsusi
qeyd edib.
Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev “Dünya və türk tarixində Mustafa Kamal Atatürkün yeri” mövzusunda məruzə edib. Alim qeyd
edib ki, Atatürk şəxsiyyətinin
əzəməti sadəcə
Türkiyə tarixi ilə məhdudlaşmır.
Atatürk XX əsr dünya
tarixinin yetişdirdiyi
ən böyük siyasi, hərbi və dövlət xadimlərinin sırasında
durur.
Konfransda Prezident yanında Dövlət
İdarəçilik Akademiyasının Tarix
kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə
Əhmədova “Azərbaycan hakimiyyətinin Türkiyə milli azadlıq hərəkatına münasibəti”,
Şərqşünaslıq İnstitutunun
Türkiyə tarixi və iqtisadiyyatı
şöbəsinin əməkdaşlarından Hüseyn Günəşli “Atatürk və
Türkiyədə milli azadlıq hərəkatı”,
tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov
“Atatürkün hüquqi
dövlət quruculuğu və iqtisadi islahatları”, Mirzə Ənsərli
“Türkiyə Respublikasının güc
strukturlarının formalaşması sahəsində Atatürkün fəaliyyəti”
mövzularında məruzə ediblər.
Mədəniyyət.- 2021.- 21 may.-
S.7.