“Azərbaycanın mədəniyyət
paytaxtı – Şuşa”
Qanun layihəsi birinci
oxunuşda qəbul edilib
Prezident İlham Əliyevin mayın 7-də imzaladığı sərəncamla Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərinin bu statusu ayrıca qanunla da təsbit olunacaq. “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi mayın 25-də Milli Məclisdə birinci oxunuşda qəbul edilib.
Parlamentin plenar iclasından öncə qanun layihəsinə Milli Məclisin Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin birgə iclasında baxılıb. İclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, digər komitələrin sədrləri, millət vəkilləri, aidiyyəti qurum və təşkilatların nümayəndələri çıxış edərək fikir və təkliflərini bildiriblər. Qanun layihəsi parlamentin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.
Qanun layihəsi Azərbaycanın mədəniyyət
paytaxtı elan edilmiş
Şuşa şəhərinin
qorunmasının, bərpasının, öyrənilməsinin,
inkişafının və təbliğinin hüquqi
və təşkilati əsaslarını müəyyən edir. 15 maddədən ibarət layihəyə
görə, Şuşa şəhərinin
inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılır. Qanun Şuşa
şəhərində dövlət siyasətinin əsas
istiqamətlərini, Şuşa ərazisində
və onun mühafizə zonasında hüquqi tənzimləməni, abidələrin
bərpası, qorunması, öyrənilməsi, istifadəsi
və təbliğini, ətraf mühitin
mühafizəsini, Şuşa ərazisində
tikinti, memarlıq və şəhərsalma
fəaliyyətini, nəqliyyatın təşkilini,
mənzil fondunun idarə edilməsini,
sahibkarlıq, reklam, turizm
və digər fəaliyyətləri, həmçinin Şuşada beynəlxalq səviyyəli tədbirlərin
keçirilməsini və digər bir
sıra mühüm məsələləri
tənzimləyəcək.
Mədəniyyət.- 2021.- 26 may.-
S.1.