Monteneqroda “Azərbaycanın görkəmli
şəxsiyyətləri” kitabı çap
olunub
Prezident İlham Əliyevin sərəncamına əsasən, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi münasibətilə Azərbaycan-Monteneqro mədəni və iqtisadi mərkəzinin direktoru Seyran Mirzəzadə və mərkəzin üzvü, publisist Bojidar Proroçiçin həmmüəllifliyi ilə “Azərbaycanın görkəmli şəxsiyyətləri” kitabı çap olunub.
Monteneqro dilində nəfis tərtibatda nəşr olunan kitabda Azərbaycan tarixində müstəsna xidmətləri olan 31 tanınmış şəxsiyyətin həyatı və fəaliyyəti haqqında geniş məlumat verilib.
Kitabda Azərbaycan xalq ədəbiyyatının
qədim söz abidəsi “Kitabi-Dədə
Qorqud” dastanından və İkinci
Dünya müharibəsində Balkan ölkələrinin alman
faşizmindən azad edilməsində qəhrəmanlıq
göstərmiş azərbaycanlılardan ibarət 223-cü
diviziyanın döyüş yolundan da bəhs edilib.
Mədəniyyət.- 2021.- 26 may.-
S.8.