Sənəttək maraqlı yaşamlar...
İkiyə bölünmüş
məmləkətində məcburənmühacir Tahir, zorənqərib Söhrab
ömrü kimi...
Sənət və... siyasət (?)...
Bu mövzuyla (nə elmi, nə helmi) məşğul olmasam da, tarixi mənbələrdəki “ədiblər və şahlar”, “qılınclar-qələmlər” səpkili nümunələrdən bilirəm ki, belə bir tərkib həmişə olub və olacaq.
Mətləbi konkretləşdirək (“xırdalayaq”); ədəbiyyat və siyasət...
Konumuzun açması üçün, hələ də “o tay – bu tay” taleyilə yaşamaqda olan məmləkətimizin ötən yüzillik yaşantılarını xatırlayıban deyə bilərik ki, həmin dövrlərin ən qəddar dönəmlərində milli “mən”imizdən, saxta altruizmlikdən xali vətənpərvərlikdən gur-gur danışmış (yazmış, leqal mübarizə aparmış) sırf siyasətçi oğullarımızı barmaqla saya biləcəyimiz halda, ədiblərimiz (xüsusən də şairlər!) sırasında xeyli möhtərəm-möhtəşəm obrazlar yarandı.
Onlardan biri də Söhrab
Tahir...
Çox
keşməkeşli həyat
yaşamalı olmuş
bu Xalq şairinin
ilkin təqdimatını
elə onun ömür uzunluğuna
(90 il) müqabil
edirəm:
1926-cı
il mayın 27-də İranın Astara şəhərində doğulmuş,
9-cu sinfədək orada
təhsil almış,
güzəran çətinliyi
üzündən atasıyla
“İran-İngilis neft
şirkəti”ndə fəhlə
işləmiş, milli
azadlıq hərəkatında
fəal iştirak etmiş, 1946-da bu tayımıza göndərilərək
Bakı Tibb Məktəbində stomatoloq-feldşer
ixtisası almış,
məlum İran irticası nəticəsində
burada qalıb, Azərbaycan Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində oxumuş
(1952-1957), ardınca Moskvada
Ali ədəbiyyat kurslarının
müdavimi olmuş, Azərbaycan Demokratik Firqəsinin Bakı komitəsində I katib, “Səhər” jurnalında baş redaktor müavini, “Azərbaycan” jurnalının şöbə
müdiri və redaktoru, Azərbaycan Yazıçılar Birliyi
(AYB) İdarə heyəti,
“Literaturnıy Azerbaydjan”
jurnalı redaksiya heyəti, “Yazıçı”
nəşiryyatının bədii
şurası, Azərbaycan
Ədəbiyyat Fondu idarə heyəti və SSRİ Ədəbiyyat
Fondu plenumunun üzvü olmuş,
1998-ci ildə “Xalq şairi” fəxri adına, 2006-cı ildə
“Şöhrət” ordeninə
layiq görülmüş
və… uzun illər əziyyət çəkdiyi şəkər
xəstəliyindən 4 may 2016-da dünyasını dəyişmiş,
II Fəxri xiyabanda dəfn olunmuşdur.
Elə ədəbi-bədii kitablarının
adları da bu ədibin real həyat hekayətinin halay-dolaylarından xəbər
verir: “Vətənlə
sevgi arasında (şeirlər və poemalar), “Qonşu qızın məktubları
(povest və roman), “Əmanət” (povestlər),
“Sevgi əfsanəsi”
(şeirlər, poemalar), ”Lirika” və
s.
Ürək növləri...
Doğulduğu tayımızda iyirmi
il bu
tay arzusu ilə, qalmağa məcbur olduğu bu tayımızda isə əlli ilədək o tay həsrətilə yaşamağa
məhkum olmuş bir şairin ürək kardioqramını
necə çizməli,
qəlb sindromunu nə tövr pardaq-paraflamalı? Ki, bu qədər həsrət yükü ilə bu qədər
uzun yaşaya “bilməyi” də ona “çox görən” “məntiq” qisminin sərfəsi sakitləşsin, milli Vətən Bütövlüyünə
yallı gödən prizmasından baxan “əntiq” qismin beyin piyi ərisin,
“İki bölünməkdən
elə qorxmuşam, Çöpü də ikiyə bölmərəm
daha” kimi fikirləri eşidərkən
sir-sifəti ironik rəqslərə qərq
olan “ar” qismin ər tükü də tərpənsin...
Belənçik-bələnçik “qisim”lərə
antiqisimlər dilindən:
“bu ADAMI milli görüşə – sərhəd
açılımına təşnəlik
iksiri yaşadırdı”
deyibən, –
Keçək mətləbə
Doxsanillik ömür olayları (19 yaşında əlinə
silah alıb, S.C.Pişəvərinin başcılığı
altında müstəqil
dövlət uğuruna
savaşması, yetmiş
yaşlı qələmilə
vətənpərvərlər cameəsi yaratmaq çabaları) ilə Azərbaycan ədəbi-siyasi
tarixinin bir parçasına çevrilib
bu şair. Mübarizəsini durdurmadan “dözüm”, “səbir” obrazına çevrilib. Bəzən
bu “obraz”la söhbətləşib, bu
“daxili mən”ə xitablar edib:
Dərdsiz vaxtlarını görmüşəm
bəzən,
Dərdsizlik dərd olub sənə həyatda,
Özgələr dərdini atıb
üstündən,
Sən dərdsiz olmaqdan qorxmusan hətta...
1988-ci il. Sərhədlər açılır. Qırx iki
illik həsrətdən
sonra doğma yurda gedir. Evlərində onu tanımırlar.
“Ay qonaq, kimsən” sualıyla ona göz dikmiş xalasına: “Mən səni səsindən tanıdım, ay xala, qoy özümə gəlim, bir az danışım ki, sən də
məni tanıyasan”. Kimliyi bilinəndən sonra “misli-bərabəri görünməmiş haray-həşir,
ağlaşma...”.
Xalası
deyib, sən də ağla, a tifil Tahir! Ağla ki,
ürəyin boşalsın,
partlamasın. “Ay xala,
gözümdə yaşmı
qalıb ağlamağa?
Qırx iki ildi sərasər ağlayıram...”.
Bir vaxt bu şairin
anası ilə görüşü (özü
də bu tayda!) isə kontekstlik yox, bütöv bir tekstlik, bəlkə də epopeyalıqdır ki, bunu bir
qəzet yazısında
bəyan etmək mümkünsüz...
Hər görüşdə, hər
söhbətdə sözünün
əvvəli də, axırı da Vətən olmuş bir şairin öz xalası ilə söhbətində
dediyi “qırx il sərasər” ağlaya bilmək “yalan”ına inanmamaq da mümkünsüz...
Bu taylı Müşfiqimiz deyirdi; “Şair yeni-yeni sözlər bulacaq, Kainat olduqca şeir olacaq”, bu otaylı
şairimizsə, Sovetin
qılıncının dalı-qabağı
kəsən vaxtlarda hayqırırdı:
Yüz illər keçsə də bu ayrılıqdan,
Öz birlik haqqını bu xalq alacaq!
“Qlavlit”lər, “işverən”lər
üzündən, bəzən,
misralarında “qiyabi-ehtimali”
bəyanlıqlar da edən bu şair,
milli ayrılığı
nəinki yaxına buraxmaq, hətta sabaha da qoymaq
istəmirdi. Tam inandığı
həmsöhbətlərlə rastlaşanda isə, haçansa qələmlə
dediyi bəzi fikirlərində “şifahi
redaktə”lər də
edərdi. Məsələn, bir kərə, “çöp” obrazlı məlum (və məşhur!) “Daha” şeirində “Azad qardaşım
var, onunla xoşam” qənaətilə
bağlı soruşduqda
(butaylılar doğrudanmı
azaddır?), dedi, qardaş, “bir şirinin xatirinə yüz acı yemək” məsəlimiz də var, axı.
Mən o
“Azad qardaşım var,
onunla xoşam” misrasını “Mən gərək sahili sahilə qoşam!” fikrimi bildirmək xatirinə yazmalı olmuşam”.
İnanmamaq olmur. O şeirdəki “acılar”
içərində ən
şirin isə bunlar:
İki bölünməkdən elə
qorxmuşam,
Çöpü də ikiyə bölmərəm daha!...
Dünyanın – Hüseyn Cavid
demişkən, “Qan tökülmədikcə üzə
gülməyən bu nazlı afətin” hər tür əzab-əziyyət “xörəyindən”
dadmış bu şairin doymadığı
bir qida vardı: Vətən məhəbbəti! Bu “xörəyin”
ən bol ədəvası isə
HƏSRƏT!
Mənim
qollarımı iynə-sap
edin,
Tikin Astaranı
biri-birinə.
Çayları, yolları iynə-sap
edin –
Tikin Culfaları
biri-birinə.
Bütün ömrünü Şimalımızın
O Tay, Cənubumuzun Bu Tay həsrətinə son qoyma arzu-murazı ilə yaşamış bu şair nə
“doğma” məzar umusunda idi, nə
şöhrət. Deyirdi:
“Harda ölsəm, məni orda basdırın, Başdaşına,
döşdaşına lüzum
yox...” (Bu misraları
son nəfəsində də
deyibmiş)...
Arzuları başqa şeylər
idi:
Ətəklərin gül xırmanı, gül içində bataram.
Qayaların sərin kölgə, kölgələnib yataram.
Güllə edib daşlarını sapandımda ataram.
Sənin
zirvən azadlıqdır,
o zirvənə çataram,
Savalanım, Savalan!
Qurban olum dam uçuran yağışına, doluna,
Qurban sənin dağ yolunu səngər etmiş oğluna,
Gir qoluma, daha çıxaq
böyük dünya yoluna,
Dayan, dayan, ey
əcdadım, qoy mən girim qoluna,
Savalanım, Savalan!...
Vətən, vətəndaşlıq, həsrət-kəsrət
alovlarından macal tapdıqca, başqa mövzularda gəzişib
bu şair. Onlardan nümunələr:
Tərifin qəribə hörməti
vardır,
Tərifin neçə cür sifəti vardır.
Vardır
başqasını pisləyən
tərif,
Bir söyüş tərif var, bir ögey
tərif,
Borc tərif, bəy tərif, həm giley tərif...
Bu sayaq çağların birində məhəbbət
mətləbinə də
vaxt ayırıb bu şair:
Demişdi bir daha sevməyəcəyəm,
Bəs niyə
bir daha səhv etdi ürək.
Bu səhvin qızaran gün batımında
Məni
quzu kimi mələtdi ürək...
Necə
də ağırdır
bu sevgi-sovqat,
Haraya çapırsan, ey yəhərsiz at,
Məni
kitab kimi büküb ikiqat –
Səhifə-səhifə seyrəltdi ürək.
Yandı
özü – yanmış
dünya halıma,
Düşdü sınıq səslər
ömür valıma,
Bulud gözlərini sıxıb
yoluma –
Mənə ağlamağı öyrətdi
ürək...
Bu şair Vətən
həsrətindən “doymayıb”,
bəndənizsə, onun
yaşadığı həyat
çətinliklərini təkrar-təkrar
vurğulamaqdan.
Bəli, bu “qeyri-adiliklər mücəssəməsi”nin ölümü də qeyri-adi olub. Ömür-gün yoldaşı Südabə xanımın söylədiyinə görə, bir cümə axşamı, son nəfəs anına az qalmış şair deyib ki, onu öz kitabları olan otağa aparsınlar. Sonra üzünün qibləyə çevrilməsini istəyib. Daha sonra astadan, çox astadan “Öləndə” şeirindən bu bəndləri söyləyib:
Harda ölsəm, məni orda basdırın,
Başdaşına, döşdaşına lüzum yox,
Şöhrət gəlsə, onu
çöldə azdırın,
Təntənədə, rəsmiyyətdə gözüm
yox.
Gör nə qədər mən borcluyam vətənə,
Borca görə
utanıram mən ondan.
Bu borc ilə tutmaz
ad-san, təntənə,
Utancağam öz qəlbimdən hər zaman.
Həm qocayam, həm kasıbam, həm qərib,
Mən dustağam
bu əlçatmaz üçlüyə.
Bir az küsüb,
heyrətlənib, kövrəlib,
Qovuşaram sonevimdə – dincliyə...
Bu şeiri deyəndən sonra susub, sağ
əlini güclə qaldırıb gözlərini
qapayıb və dünyadan köçüb...
Yəni,
əfəndilər, bu
mələk-insan gözqapamında
da kiməsə əziyyət verməyib...
Tahir ABBASLI
Mədəniyyət.- 2021.- 26 may.-
S.6.