Kiçik sanma onu
kim düşmənindir...
Nizami sözündən incilər
Nizami Gəncəvinin
“Xəmsə”si dünya
poetik-fəlsəfi fikrinin
zirvəsində dayanır. “Xəmsə”yə
daxil olan beş poema-məsnəvidə
bütün zamanların
ən humanist, ümumbəşəri
idealları parlaq bədii əksini tapıb. “Nizami
Gəncəvi İli”
qüdrətli söz
ustadının misilsiz
xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi və öyrənilməsi üçün
yeni zəmindir.
“Nizami sözündən
incilər”də dahi şairin möhtəşəm
beşliyindən növbəti
seçmələri təqdim
edirik.
Kiçik sanma onu kim düşmənindir,
Nərdi xam adamdan udmaq
çətindir.
(“Xosrov və Şirin”)
Bir xərabə görsən,
qurmağa tələs,
Məsləhət belədir, əməyin itməz.
(“Leyli və Məcnun”)
Hünərli dünyada təxtü-tac alar,
Alçalmaz heç zaman, başı ucalar.
(“Yeddi gözəl”)
İnsan,
dostu nacins olarsa əgər,
Ondan yalnız
hədsiz pisliklər görər.
İki saf güzgünü üz-üzə qoysan,
Onlarda bir ləkə olmaz heç zaman.
(“İsgəndərnamə” – “İqbalnamə”)
Həm hünər göstərmək,
həm də mal üçün
Çalışmaq bir borcdur istiqbal
üçün.
(“İsgəndərnamə” – “Şərəfnamə”)
Ürəyin aydınlığı xeyir verər o kəsə
Ki, özü
heç danışmaz,
qulaq asar hər səsə.
Ürəyin lüğəti ki
qəlbdədir, könüldədir,
Onun tərcüməsi
də ürəkdəki
dildədir.
(“Sirlər xəzinəsi”)
Mədəniyyət.- 2021.- 28 may.-
S.7.