Tbilisidə “Vətən bağı
xarıbülbül”
Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində ölkəmizin 44 günlük Vətən müharibəsində Qələbənin ildönümünə həsr olunmuş “Vətən bağı xarıbülbül” adlı tədbir keçirilib.
Marneulidəki “Qrinviç” Təhsil Mərkəzinin təşəbbüsü ilə keçirilən tədbirdə Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirliklərinin əməkdaşları, tələbələr, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə “Gənclər Dostluğu” İctimai Birliyinin sədri Güllü Alıyeva, “Qrinviç” Təhsil Mərkəzinin direktoru Anna Allahverdiyeva, səfirliyimizin müşaviri Eldar Bayramov, Türkiyə Səfirliyinin əməkdaşı Yüksel Kara, Yunus Əmrə İnstitutunun Tbilisidəki nümayəndəsi Ali Oğuzhan Yüksel, Marneuli bələdiyyəsinin üzvü Rövşən İsgəndərov və başqa çıxış edənlər Azərbaycanın Zəfər qazandığı Vətən müharibəsinin tarixi əhəmiyyətindən söz açıblar.
Vətən müharibəsindən bəhs edən sənədli film nümayiş etdirilib, musiqilər səsləndirilib. Tədbir çərçivəsində rəsm dərnəyi şagirdlərinin əl işləri nümayiş etdirilib.
Mədəniyyət.- 2021.- 3
noyabr.- S.3.