UNESCO-da milli mətbəximizin
təamlarının dadına baxıblar
UNESCO yanında Frankofon – fransızdilli ölkələr Qrupunun təşkilatçılığı ilə Parisdə, qurumun mənzil -qərargahında tədbir keçirilib.
Frankofoniyanın 50 illiyinə həsr edilmiş tədbirdə 31 fransızdilli ölkə iştirak edib. Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi tədbirə müşahidəçi qismində qatılıb.
Çıxış edənlər mədəniyyətlərin mübadiləsi baxımından tədbirin əhəmiyyətinə toxunublar.
Tədbirdə Azərbaycan guşəsi də
diqqəti cəlb edib. Guşədə milli suvenirlərimiz, misdən
hazırlanmış qablar, nar formasında şirniyyat
qabları, Azərbaycanın UNESCO siyahısında yer alan qeyri-maddi
mədəni irs nümunələri ilə
bağlı broşürlər, “İRS” jurnalının
nüsxələri nümayiş olunub. Milli mətbəximizin
dadlı təamları – dolma və qutab stendimizin ziyarətçiləri
tərəfindən yüksək qiymətləndirilib.
Mədəniyyət.- 2021.- 3
noyabr.- S.8.