Caz səsləri”nin birinci həftəsi maraqlı konsert proqramları ilə yadda qalıb

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyi münasibətilə 26 oktyabr – 6 noyabr tarixlərində keçirilən “Jazzery Voices” (“Caz səsləri”) silsilə tədbirlərinin birinci həftəsi maraqlı konsert proqramları ilə yadda qalıb.

 

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə reallaşan layihənin proqramına konsertlərlə yanaşı, “Azərbaycanda caz sənəti ilə bağlı məsələlər” mövzusunda elmi-yaradıcılıq konfransı, caz-vokal ifaçılığı üzrə ustad dərsi və seminar da daxildir.

 

Beynəlxalq Muğam Mərkəzi, KameraOrqan Musiqisi Zalı, BMA-nın Q.Qarayev adına konfrans salonunda təşkil olunan konsertlərdə “Bakustik Caz”, “Bakuba Band”, “Qaya”, “Baku Brass Biq Bendi”, BMA-nın “Lumineuxxoru və gənc ifaçıların caz heyətləri çıxış edir.

 

Xəbər verdiyimiz kimi, layihənin ilk konsert proqramını Beynəlxalq Muğam Mərkəzinin səhnəsində əfsanəvi “Qayaqrupunun yeni heyəti  təqdim etmişdi.

 

Jazzery Voices” layihəsinin növbəti “Joyful, Joyfulkonserti caz xoru ənənəsinə həsr edilib. BMA-nın “Lumineuxxorunun (dirijor və bədii rəhbər – Əməkdar artist Naala Barateliya) ifasında məşhur spiriçuelslər, Amerika xor mahnıları, xorun solistləri Aytən Orucəliyeva, Ləman Abbaszadə və Natəvan Quliyevanın ifalarında “Somewhere Over the Rainbow”, “At Last”, “İ Put a Spell on You”, “Here’s That Rainy Day” standartları səslənib. Konsertin ilk bölümü L.Bethovenin məşhur “Sevincə doğruhimninin spiriçuel üslubunda işləməsi ilə tamamlanıb.

 

Konsertin növbəti hissəsində “H3 Collective” çıxış edib. Firudin Həmidovun rəhbərlik etdiyi qrup öz kompozisiyaları ilə birlikdə müxtəlif Azərbaycan xalq mahnıları bəstəkar mövzularına işləmələrini, o cümlədən Rafiq BabayevinBayatı-Kürdladındakompozisiyasının yeni müasir hip-hop üslubunda işləməsini təqdim edib.

 

Oktyabrın 30-da “Jazzery Voices” layihəsinin növbəti axşamındaBakuba Band” qrupu yenidən Beynəlxalq Muğam Mərkəzinin səhnəsində tamaşaçıların görüşünə gəlib. Qrupun rəhbəri, Əməkdar artist Tofiq Cabbarov dinləyiciləri Azərbaycan bəstəkar mahnıları əsasında caz kompozisiyalarının xoş, məzəli, latin-caz ab-havasına kökləyib. Konsert proqramını əvvəllərBəri baxqrupunun solistləri olmuş hazırda sərbəst fəaliyyət göstərən müğənnilər Diana Hacıyeva Ülviyyə Rəhimova davam etdiriblər.

 

Nicat Aslanovun “Forward Azerbaijan” kvarteti, Afşin Əlizadənin kvartetinin müxtəlif ritmlərində təqdim etdikləri ifalar da sənətsevərlərin payız ovqatına caz əhvalı bəxş edib.

 

Qeyd edək ki, “Caz səslərisilsilə tədbirlərinin son günü – 6 noyabrda caz ifaçılarımız Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Vətən müharibəsində tarixi Zəfərə həsr olunmuş – “Jazz says Victory” konsert proqramını təqdim edəcəklər.

 

 

Mədəniyyət.- 2021.- 3 noyabr.- S.5.