Millətin əbədi iftixarı

 

Noyabrın 1-də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Millətin əbədi iftixarı – Zəfər Günümüzmövzusunda elmi sessiya keçirilib.

 

Tədbirdə çıxış edən muzeyin baş direktoru, akademik Rafael Hüseynov 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən söz açıb. “Hər bir xalqın taleyində həm kədərli, həm də sevincli hadisələr var. O sevincli hadisələr mahiyyəti etibarilə nə qədər böyük olarsa, xalqın tarixindəki kədərli hadisələri unutdura bilir. 30 ilə yaxın erməni əsarətində olan torpaqlarımızın Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu diplomatiyası, müdrik siyasəti sayəsində Azərbaycan Ordusu tərəfindən azad edilməsi və qazandığımız Zəfər xalqımızın tarixində qələbələrin, zəfərlərin ən ucasında dayanır. Bu Qələbə Azərbaycan xalqının bütün ruhunu dəyişdi, vüqarını artırdı, başını uca etdi, xalqımızın milli ləyaqət hissini daha yüksək mərtəbəyə çatdırdı”, – deyə o vurğulayıb.

 

Qeyd olunub ki, Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, xalqımızın birliyi nəticəsində qazanılan Zəfər millətimizin əbədi iftixarıdır.

 

Mədəniyyət.- 2021.- 3 noyabr.- S.6.