Anar Kərimov məşhur türk seriallarının çəkildiyi məkanla
tanış olub
Mədəniyyət naziri Anar Kərimov İstanbula səfəri zamanı həmkarı – Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov ilə Türkiyənin məşhur seriallarının çəkildiyi məkanla tanış olub.
Onlar tanınmış ssenarist və film prodüseri Mehmet Bozdağın müşayiəti ilə “Diriliş Ərtoğrul”, “Quruluş Osman”, “Bozkır Arslanı Cəlaləddin”, “Dastan” kimi milyonlarla tamaşaçının sevərək izlədiyi ekran əsərlərinin çəkiliş meydançasını ziyarət ediblər.
Yaradıcı heyətlə görüşüb, çəkiliş prosesi, buradakı texniki imkanlar və s. barədə məlumat alan Anar Kərimov son illər türk seriallarında rol alan həmyerlimiz, məşhur idmançı Zabit Səmədovla da səmimi söhbət edib.
Səfər zamanı Mehmet Bozdağın yaradıcısı olduğu film şirkətinin Azərbaycan Mədəniyyət Nazirliyi ilə kinematoqrafiya sahəsində gələcək əməkdaşlığı da müzakirə olunub.
Mədəniyyət.- 2021.- 3 noyabr.- S.3.