“Qarabağı birlikdə quraq!”
Şagirdlər üçün
müsabiqə
Təhsil Nazirliyi tərəfindən “Minecraft Global Challenge 2021” çərçivəsində III-XI sinif şagirdləri üçün “Qarabağı birlikdə quraq!” adlı müsabiqə keçirilir. Müsabiqədə uğur qazanan şagirdlər ölkəmizi beynəlxalq müsabiqədə təmsil edəcəklər.
Müsabiqənin məqsədi şagirdlərdə alqoritmik, məntiqi və tənqidi düşüncə, proqramlaşdırma və kodlaşdırma bacarıqlarını formalaşdırmaq, Qarabağın tarixi və bərpası məsələsinə diqqət çəkmək, Qarabağda aparılan quruculuq işlərini dünya və ölkə ictimaiyyətinə təqdim etməkdir.
Müsabiqə onlayn formatda “Minecraft” təhsil
platforması üzərindən təşkil olunur.
“Virtual məktəb” hesabı olan hər bir şagird müsabiqəyə qoşularaq
“Minecraft” təhsil platformasının geniş imkanlarından faydalana
bilər. Müsabiqənin şərtlərinə
əsasən, şagirdlər ilk növbədə
Qarabağın tarixi və mədəniyyətinə
dair araşdırma apararaq,
işğal zamanı
dağıdılmış tarixin və mədəniyyətin
bərpası ilə bağlı öz “Minecraft dünyası”nı
hazırlamalıdır, daha sonra “dünya”nın videoçəkilişini
aparıb, müsabiqəyə təqdim etməlidirlər.
Müsabiqəyə işlərin qəbulu noyabrın 30-dək
aparılacaq.
Mədəniyyət.- 2021.- 5
noyabr.- S.7.