Xalqına xidmət etmək bir şərəfdir insana...
Nizami sözündən
incilər
Nizami Gəncəvinin Xəmsəsi dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Xəmsəyə daxil olan beş poema-məsnəvidə bütün zamanların ən humanist, ümumbəşəri idealları parlaq bədii əksini tapıb. Nizami Gəncəvi İli qüdrətli söz ustadının misilsiz xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi və öyrənilməsi üçün yeni zəmindir.
Nizami sözündən incilərdə dahi şairin möhtəşəm beşliyindən növbəti seçmələri təqdim edirik.
Xidmət etmək sayılır kişilikdən nişana,
Xalqına xidmət etmək bir şərəfdir insana.
(Sirlər xəzinəsi)
İgidlikdən deyən qoçaq adamlar
Şir yıxıb
sonradan şir adı alar.
(Xosrov və Şirin)
Dostluq, mehribanlıq göstərsən,
ey yar,
Gəlib qulun olar azad
adamlar.
(Leyli və Məcnun)
Zirək
adam inan,
mələkdir, mələk,
Zirəklik gözəldir, əcəbdir
gerçək.
(Yeddi gözəl)
Döyüşdə, şənlikdə,
harada olsan,
Heç zaman ayrılma yaxşı dostlardan.
(İsgəndərnamə İqbalnamə)
Sən ki zövq alırsan
yemək, yatmaqdan,
Nə deyim sənə, ey qulaqsız insan!
(İsgəndərnamə Şərəfnamə)
Mədəniyyət.- 2021.- 5
noyabr.- S.7.