Gürcüstanda Azərbaycan
dilində uşaq teatrının “Meşə
komediyası”
Gürcüstanın Qardabani rayonunda yeni yaradılan “Beez” Uşaq Teatrı tanınmış gürcü klassiki Vaja Pşavelanın uşaqlar üçün yazdığı “Meşə komediyası” pyesi əsasında tamaşa hazırlayıb. Noyabrın 2-də tamaşanın premyerası olub.
Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin, Azərbaycanın Gürcüstandakı Səfirliyinin, Qardabani Bələdiyyəsi əməkdaşlarının, QHT nümayəndələrinin də baxdıqları tamaşada balaca aktyorların ifası maraqla qarşılanıb.
Tamaşaya teatrın bədii rəhbəri Binəli İslamoğlu quruluş verib.
Tədbirdə bildirilib
ki, Gürcüstanın Mədəniyyət,
İdman və Gənclər Nazirliyinin elan etdiyi “Uşaqlar və
yeniyetmələrin özəl yaradıcılıq
studiyalarına dəstək” müsabiqəsində müstəqil
azərbaycandilli “Beez” Uşaq
Teatrı da qalib olub. Nazirliyin “Səhnədən
inteqrasiya” layihəsi əsasında
hazırlanan tamaşa Rustavi,
Marneuli və Bolnisi bələdiyyələrində
də nümayiş etdiriləcək.
Mədəniyyət.- 2021.- 5
noyabr.- S.8.