“Sazım mənim – sözüm
mənim”
Ağstafa RMİ Aşıq Ə.Cəfərov adına Tovuz rayon Mədəniyyət Mərkəzi, Aşıq Sənəti Dövlət Muzeyi və Tovuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Ustad sənətkar” adlı tədbir keçirilib. Tədbirdə Tovuz rayon Mədəniyyət Mərkəzi dərnək üzvlərinin ifasında Aşıq Ələsgərin sözlərinə yazılmış mahnılar səsləndirilib.
Sumqayıt RMİ-nin əhatə etdiyi Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbi və Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Aşıq Ələsgərin 200 illiyinə həsr olunan “Sazım mənim – sözüm mənim” adlı uşaq və gənclər arasında saz ifaçılığı üzrə regional müsabiqənin açılış mərasimi keçirilib. İdarənin rəisi Rəşad Əliyev çıxış edərək müsabiqənin əhəmiyyətini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb.
Lənkəran RMİ Astara
Dövlət Rəsm Qalereyasında Aşıq Ələsgərin
200 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edənlər ustad sənətkarın Azərbaycan ədəbiyyatına
və aşıq sənətinə töhfələri, habelə
Türk dünyasının saz-söz sənətinə təsiri
haqqında danışıblar. Aşıq Elxan
Şindanlının ifa etdiyi
mahnılar alqışlarla qarşılanıb. Sonda tədbir iştirakçıları qalereyada nümayiş
etdirilən rəsm əsərləri ilə tanış olublar.
Mədəniyyət.- 2021.- 5
noyabr.- S.4.