Nizami yaradıcılığı ispan ədəbiyyat portallarında

 

 

Dövlət Tərcümə MərkəzininAzərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdəlayihəsi davam edir. Layihə çərçivəsində İspaniyanın “alquiblaweb.com” “trabalibros.com” ədəbiyyat portalları dahi Azərbaycan şairi Nizami Gəncəvinin ispan dilinə tərcümə edilmişYeddi gözəlpoemasındanNağılın başlanğıcı Bəhramın doğulması”, “Mərhəmətli Allahın adı ilə”, “Allahın elçisi Məhəmmədə mədhlər”, “Peyğəmbərin meracıadlı hissələrə, şairin həyat yaradıcılığı haqqında məlumata yer ayırıb.

 

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, “Yeddi gözəlpoemasından parçaların ispan dilinə bədii tərcümə müəllifi  Karmen Linaresdir.

 

Qeyd edək ki, “alquiblaweb.com” portalında “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində ayrıca bölüm yaradılıb.  “Azərbaycan yazıçı və şairləri” bölümündə klassikmüasir ədəbiyyatımızdan nümunələr müntəzəm şəkildə oxuculara təqdim ediləcək.

 

Mədəniyyət.- 2021.- 5 noyabr.- S.8.