“Zəfər Günün mübarək!” adlı musiqi axşamı

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə şanlı Qələbəmizin birinci ildönümü münasibətilə keçirilən silsilə tədbirlər davam edir. Noyabrın 3-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kameraorqan musiqisi zalında “Gənclərə dəstək” layihəsi çərçivəsində “Zəfər Günün mübarək!” adlı konsert keçirildi.

 

Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə gerçəkləşən musiqi axşamına şəhid ailələri də dəvət olunmuşdu. Tədbirdə Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Musiqi sektorunun müdiri Vüqar Hümbətov, musiqisevərlər və digər qonaqlar iştirak edirdi.

 

Konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları, Prezident təqaüdçüləri çıxış etdilər. İlk olaraq səhnəyə çıxan Sevinc Mirzəli (kamança) və Nərgiz Kəngərli (piano) gənc bəstəkar Vəfa Bağırzadənin kamançapiano üçünYurd harayı” əsərini səsləndirdilər.

 

Musiqisevərləri yüksək əhvala kökləyən proqram Oqtay Kazıminin “Salamat qal, ana!” əsəri ilə davam etdi. Fikrət Əmirovun “Sevgi rəqsi” əsərini Surə Rüfət violində ifası alqışlarla qarşılandı.

 

Tofiq Quliyevin “Səhər nəğməsi”, “Mehriban diyar – Azərbaycan”, Müslüm MaqomayevinOdlar Yurdu”, “Azərbaycan”, Üzeyir Hacıbəylinin “Cəngi” əsərləri, NiyazininRastsimfonik muğamından fraqmentlər, Cahangir CahangirovunRondo”, Qara QarayevinVals” və digər bəstəkarların əsərləri musiqi gecəsinə əlavə rəng qatdı.

 

Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdləri Sevil Abdullayeva, Ədilə Əliyeva, Həzrət Əzizli və Murad İsayevin (tarda Məhəmməd Hacıyev, kamançada Oqtay Şərifov, nağarada Ruhulla Dadaşov) ifasında “Qarabağ şikəstəsi” zərbi-muğamı da konsertin yaddaqalan nümunələrindən oldu.

 

Proqramın digər musiqili qonaqları Sevda Cəbrayılova, Zəhra Məmmədova, Fidan Hüseynli (hər üçüqanun alətində), Cəlalə İsmayılzadə (violonçel), Kamran Talıbov (fleyta), Sübhan Rüstəmov (vokal), Vüsalə Babayeva (piano), Asim Rzazadə (klarnet), Zərrin Əliyeva (violin), Cəlal Kərimov (vokal), İsgəndər Fateh (tar), Səriyyə Nəsibova (violin), Səidə Şərifəliyeva (vokal) və Züleyxa Abdullayevanın (piano) ifaları Zəfər soraqlı gecənin iştirakçılarına xoş anlar yaşatdı.

 

Konsertə İncəsənət Gimnaziyası xorunun (bədii rəhbər – Validə Cəlilova, müşayiətçi – Aynur Abdullayeva) bəstəkar Pikə Axundovanın “Azərbaycan, Zəfər Günün mübarək!” adlı əsərinin ifası ilə yekun vuruldu.

 

Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyi adından layihənin hər bir iştirakçısı təşəkkürnamə ilə təltif olundu. Təşəkkürnamələri Vətən müharibəsinin şəhid baş leytenantı Hikmət Səfərovun oğlu təqdim etdi.

 

Sonda “Gənclərə dəstək” layihəsinin iştirakçıları tərəfindən gecəyə qatılan şəhid övladlarına hədiyyələr verildi.

 

Xatırladaq ki, bu il “Gənclərə dəstək” layihəsi 5 yaşını qeyd edir. Layihənin məqsədi ölkədə gənc istedadların üzə çıxarılması və yaradıcı fəaliyyətin təşviq edilməsidir.

 

NURƏDDİN

 

Mədəniyyət.- 2021.- 5 noyabr.- S.3.