Daşkənddə BMT Günü tədbirində ölkəmiz də təmsil olunub

 

Daşkənddəki “Erudite Education School”da BMT Günü münasibətilə tədbir keçirilib. Tədbirdə 28 ölkənin mədəniyyət nümunələri təqdim olunub. Ölkəmizi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edib.

 

Mərkəzin stendində ölkəmizlə bağlı nəşrlər, o cümlədən AMM-in özbək dilində Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı Daşkənddə çap etdirdiyi kitablar nümayiş olunub. Azərbaycanın Qarabağ bölgəsinin milli qadın və kişi geyimləri də iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2021.- 5 noyabr.- S.8.