Səsin harmoniyası” Zəfər bayramımıza həsr edilib

 

 

Odlar diyarındanAlmaniya-Azərbaycan musiqi günləri

 

 

 

5–7 noyabr tarixində Almaniyanın  üç şəhərində “Harmony of Sound” (“Səsin harmoniyası”) Beynəlxalq Musiqi Festivalı – “Odlar diyarındanadlı Almaniya-Azərbaycan musiqi günləri keçiriləcək.

 

Festivalın təşkilatçısı bədii rəhbəri Almaniyada yaşayıb-yaradan soydaşımızbəstəkar musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Zeynalovadır. O, həmçinin “Bridge of Sound” (“Səs körpüsü”) orkestrinin eyniadlı təşkilatın yaradıcısı rəhbəridir.

 

Festival barədə “Mədəniyyət” qəzetinə açıqlama verən Xədicə Zeynalova deyib ki, layihənin əsas məqsədi  mədəniyyətlərarası və beynəlxalq dialoqda ənənəvi musiqi ilə yanaşı, yeni musiqinin təqdim edilərək qavranılmasına və geniş auditoriya tərəfindən qəbul edilməsinə çalışmaqdır. Biz həm də musiqinin sayəsində sülhün möhkəmlənməsinə və fərqli mədəniyyətlərin təmsilçiləri arasında əlaqənin qurulmasına çalışırıq: “Təsadüfi deyil ki, ilk festivalı doğma Azərbaycana və Zəfər bayramımıza həsr etmişəm. Azərbaycandan xeyli uzaqda yaşasam da, ürəyim həmişə doğma vətənimlə birgə döyünür. Bəstəkar, musiqişünas olaraq milliklassik musiqimizi, muğamlarımızı tanıtmağı özümə borc bilirəm. Bu həm də bizim festivalın məqsədlərindən biridir”.

 

Festival günlərində  Detmold, Horn-Bad MaynberqBad Maynberq şəhərlərində dörd konsertin verilməsi nəzərdə tutulur.

 

5 noyabrda Detmoldda ilk musiqi axşamında instrumental muğamlarımız və rəqslərimiz təqdim olunacaq. Konsertdə Azərbaycanın Əməkdar artistləri Sahib Paşazadə (tar), Torğul Əsədullayev (kamança) və Kamran Kərimov (dəf, qaval, nağara, zərb alətləri) muğam parçaları səsləndirəcək və “Arazya Dance Company” rəqs ansamblı çıxış edəcək.

 

Ertəsi gün Horn-Bad Maynberqdə instrumental ifaçılarımızın daha bir muğam konserti olacaq. Həmçinin alman azərbaycanlı bəstəkarların orqan skripka musiqisindən ibarət konsert təqdim ediləcək. Proqrama Y.S.Bax, F.Mendelson, Q.Qarayev, N.Əliverdibəyov başqalarının əsərləri daxildir. Konsertdə “Bridge of Sound” ansamblının ifasında Xədicə ZeynalovanınHeinrix Leylaəsəri səslənəcək. Bu əsər almanların Azərbaycanda məskunlaşmasına həsr olunub, hadisələr Annenfeld (indiki Şəmkir) qəsəbəsində baş verir. Konsertdə beynəlxalq müsabiqələr laureatı, skripkaçı Oqtay Zeynalov-Şubert, orqan ifaçısı Qreqor Şvars da çıxış edəcək.

 

Odlar diyarındanAlmaniya-Azərbaycan musiqi günləri noyabrın 7-də Horn-Bad Maynberq şəhərində instrumental ifaçılarımız “Bridge of Sound” ansamblının birgə konserti ilə başa çatacaq.

 

G.MİRMƏMMƏD

 

Mədəniyyət.- 2021.- 5 noyabr.- S.8.