95 ildir
“Danışır Bakı”
1926-cı il noyabrın 6-da Bakıda radiostansiya fəaliyyətə başlayıb və efirdə “Danışır Bakı” sözləri səslənib. İlk dövrdə radio verilişlərinin gündəlik efir vaxtı cəmi 2 saat təşkil edirdi.
30 il sonra – 1956-cı ildə Azərbaycan Radiosunun efir yoldaşlığına Azərbaycan Televiziyası da qoşuldu. 6 noyabr radio ilə bərabər televiziya işçilərinin də peşə bayramı oldu.
Azərbaycan Radiosu və Televiziyasında çalışan və onların simasında efir və ekran jurnalistikası sahəsində fəaliyyət göstərən bütün həmkarlarımızın peşə bayramını təbrik edirik.
Mədəniyyət.- 2021.- 5
noyabr.- S.1.