“4.4”-dən çıxan 22

 

Qısa tamaşalar festivalında izlədiklərimizdən

 

 

 

Sizi bilmirəm, amma mənim üçün pandemiyanın uzun fasiləsindən sonra sənət, teatrla bağlı istənilən aksiya, ələlxüsus da festival ələ düşməzdir. O səbəbdən də tədbirin təşkilatçısı, ideyası və realizəsi ətrafında geniş gəzişməni lazımsız sayıram. Ümumən cəmiyyətimizdə teatr prosesinə təkan cəhdi kimi festivallar vacibdir.

 

Xəbər verdiyimiz kimi, 1-5 noyabr tarixində Mədəniyyət NazirliyiTeatro.az sənət portalının təşkilatçılığı ilə “4.4” Qısa Tamaşalar Festivalı, 2-5 tarixində isə Mədəniyyət Nazirliyinin dəstəyi, Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə “Qalib olan Azərbaycan” adlı festival keçirilir. 44 günlük Vətən müharibəsinin ildönümünə həsr olunan hər iki festivalda maraqlı, seçilməyə iddialı səhnə nümunələri var.

 

Ötən sayımızda verdiyimiz vədə uyğun olaraq, bu yazıda proqramı xüsusilə zəngin olan (ümumilikdə 22 qısa tamaşa) “4.4” festivalında təqdim olunan nümunələrin bir qismi haqqında söhbət açacağıq. Qeyd edək ki, xronometrajı 15 dəqiqədən çox olmayan qısa tamaşaları festivalın münsifləri də, biz də videoyazı formatında izlədik.

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçirilən festivalın açılışını ev sahibləri etdilər. Müəllifi və rejissoru Zaur Əliyev olan “44” tamaşasının sözsüz qəhrəmanları İranə Kərimova və Məhəmməd Abdullayev, bizi bir neçə dəqiqəlik də olsa, itkinin bəxş etdiyi tənhalığın, yox olmağın girdabına sala bildi. Tamaşaçı musiqinin ecazında hərəkət dili ilə qəhrəmanların bütün ağrılarını, itkinisgilini aydın, sadə hərəkət elementləri ilə anlayır.

 

Maraqlı işlərdən biri də cənnətdə görüşən “İki əsgər”in dialoqu idi. Günay Ardanın müəllif işi olan tamaşa I və II Qarabağ müharibələrini əhatə edir. Əsgərlər müharibəni kənardan izləyirlər və sonda onların, əslində, şəhadətdə olduqlarını öyrənirik. Dialoqlarında müharibədən əvvəlki həyatlarından danışır, sevdikləri insanlarla bağlı xatirələrini bölüşürlər. İlk müharibənin əsgəri əbədi həsrətlə yenicə rastlaşdığı əsgərə təsəlli də verir, onu qəhrəman, qalib ruhu ilə qarşılayır, bir növ sonsuz ayrılığına hazırlayır. Rejissoru Sevda Məmmədova, ifaçıları Vüsal RzasoyElnur Rzayev olan yaradıcı aktda biz təsirli, real yozum gördük.

 

Sonra birinsana simasından soyulub çıxmağı öyrədən müharibənin humanizm olmayan üzünü göstərən tamaşaya baxdıq. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təqdimatında “Müharibənin qadın üzü yoxdur” adlı tamaşa (Nobel mükafatçısı Svetlana Aleksiyeviçin əsəri əsasında) bizə savaş ağrılarını soyuqqanlı, pasifist, bir az da etinasızlığın boyalarında təqdim etdi. Əməkdar artist Sənubər İsgəndərlinin ifasında qadınların müharibədə yaşadığı iztirab, keçirdiyi ağrı-acıları yenidən tapa bildik. Rejissor Emil Əsgərov quruluş verdiyi tamaşada əsas vurğunu müharibə haqqında danışan adamlara vurur. Tamaşanın qəhrəmanının müharibə haqqında demək istədiyi xüsusi heçyoxdur, sadəcə, danışır. Müharibədə olan insanlar isə danışa bilmir. Onlar vuruşur, sağ qalmaq uğrunda, qələbə qazanmaq uğrunda mübarizə aparırlar. Müharibədə sözlər, cümlələr olmur. Müharibədə hisslər danışır. Müharibə haqqında tam təsəvvürü olmayanlar isə bu barədə yalnız danışırlar. Tamaşanın qəhrəmanı olan qadın kimi. O da dayanmadan bu barədə bəlağətli və gözəl danışır. Rejissora görə sənət müharibənin ağrısını təsvir etməkdə acizdir.

 

Sumqayıt Dövlət Dram Teatrının “Missiya”sı da emosional təsirə hesablanmışdı və o, bu mənada istəyinə nail oldu. 44 günlük Vətən müharibəsinə həsr olunan qəhrəmanlıq dramı sayəsində bunları görürük: Şuşa uğrunda döyüşlərdə ağır yaralanan zabit Mübariz Ağayev komaya düşürruhlar aləmində I Qarabağ savaşında Şuşa uğrunda döyüşlərdə şəhid olmuş atası – Yaşar Ağayevlə görüşür. Ata ilə oğulun söhbətində iki müharibə arasında müqayisədən həsrətə hər şeydən danışılır. Atasına qovuşmasından xoşbəxt görünən oğuldan fərqli olaraq atası narahatdır və onun geriyə – həyata qayıtmasını istəyir. Xəyali görüş mayor Mübariz Ağayevin hospitalda gözlərini açması ilə bitirbiz Ali Baş Komandanın “Əziz Şuşa, sən azadsan!” sözlərini eşidirik. Hafiz Ataxanlının müəllif işinə rejissor yozumu verən Firudin Məhərrəmov bizə ən yeni tarixdə yaşadığımız sevinc və həyəcan hisslərini yenidən yaşadır.

 

Teatral” studiyanın “Qoruq” adlı qısa və təsirli işinə gəlincə, biz burada müharibə, onun sonrakı fəsadlarına daha çox varmalı oluruq. Nümunədə də deyildiyi kimi, müharibə təbiəti məhv edir. İnsan da məhv edilən təbiətin bir hissəsidir. Biz bu sayəsində müharibəni uşaqların gözündən göstərməyə çalışan müəllif və oyunçuların çağırışlarını da, hərəkət dili ilə fəryadlarını da duya bilirik. Səbinə Məmmədova və Mirvüqar Nəsirovun birgə müəllifi olduğu nümunənin rejissoru Tural Baxış, ifaçıları Sofiya Namazova, Səbinə Məmmədova və Yasin Həzirə idi.

 

Festivalın ikinci günündə də beş tamaşa təqdim olundu. Müstəqil HUMAN teatrının “Storyboard” tamaşası gənc rejissorun 44 günlük müharibədə iştirakından bəhs edirdi. Bir gün o, səngərdə yuxuya gediryuxusunda arzusunda olduğu tamaşanı qurduğunu görür. Lakin yuxusunda gördüyü tamaşa heç də gerçəkdə qurmaq istədiyi tamaşaya bənzəmir. Aktyorlar, rekvizitlər, geyimlər və məkan tamam qarmaqarışıqdır. Gənc rejissor güllə səsinə yuxudan ayılır. O, tez silahına sarılır və irəli yürüyür. Qaçarkən cibindən gerçəkdə qurmaq istədiyi tamaşanın eskizləri (Storyboard) yerə düşür. Sivil həyatda sənət naminə savaşmağı planlaşdıran gənc rejissor döyüşdə şəhid olur. Müəllif Abdulla Elşadlının bu kədər yüklü ağır yanaşmasına fərqli rakursdan baxan rejissor Elvin Rüstəmzadə bizə savaş səhnəsinin bütün quruluşları darmadağın etdiyini izləmək üçün ipucları verdi. İfaçılar Nurlan Süleymanlı, Şamil İbrahimov, Məmməd Əlili, Kamran Muradlı, Eltəkin Məmmədov, Lalə Qarayeva, Ülvi Haşim, Abdulla Elşadlı və İsmayıl Amil qısa zaman ölçüsündə, əslində, onları çoxdan narahat edən mətləbləri də yerbəyer etmək istəyiblər.

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının təqdim etdiyi “Zəfər yolunda əsas vurğu 44 günlük müharibə və onun insanların həyatına inanılmaz təsirinə köklənib. Biz ön cəbhəni, savaşın qaynar nöqtəsini yalnız arxa cəbhədəki insanların həyəcan və  narahatlığında, ani sevincgöz yaşlarında görürük. Beləcə, müharibənin önarxa xətti yoxdur, ümumən müharibədə iştirak edən insan seli varbu axın öz həqiqətinə doğru gedir. Həmrəyliyimizin ana xətt olduğu tamaşanın müəllifi və rejissoru İsa Əsədov, ifaçıları isə Gülər Nəbiyeva, Anar Seyfullayev, Zaur Rəşidov və Rahib Axundovdur.

 

Akademik Musiqili Teatrın rejissoru Samir QulamovunBir nəfəs qədər” adlı tamaşasında biz oğlunun şəhid olduğuna inanmaq istəməyən və onun yolunu gözləyən ananın əzablarını, tükənməz arzularını və bu qarmaqarışıq xəyallara inamını görürük. O inanır ki, oğlu sağ-salamatdır və haçansa mütləq qayıdacaq. Elə də olur. Qaranlıq, uzun gecələrin birində oğlu dostları ilə qayıdır. Ana xoşbəxtlikdən göylərə uçur. Amma bu amansız xəyal, bu şirin yuxu sona çatır. Ana xəyallardan reallığa, oğlunun yoxluğu ilə barışmaq məcburiyyətinə qayıdır. Zaman-zaman əksər şəhid analarının yaşadığı bu ağrı dolu hissi həssas ifadəyə çalışan aktrisaların oyunu təbii idi. Gülnarə Abdullayeva, Nahidə Orucova, Mehriban Zalıyeva, aktyorlar Əmrah Dadaşov, Səməd Xasıyev və Hidayət Əliyev vəziyyətin ruh təsvirini ötürməyə nail olmuşdular.

 

Festivalda Füzuli Dövlət Dram Teatrı da təmsil olunurdu.Dönüşadlı   film-tamaşada  əsasən simvolik detallara üstünlük verilib. Eyni zamanda təbiət fövqəl güclərin təzahürü əksini tapır. Maddi cisimdən sakral qata yüksəliş, sakral qatdan mistik yozumla tamaşa öz məzmununu formalaşdırır. Biz torpaqdan insana, insandan tikanlı sərhəd məftilinə, tikanlı sərhəd məftilindən əsgərə, əsgərdən şəhidə, şəhiddən məzara, məzardan anaya, anadan da vətənə dönürük. Birlikdə Vətən oluruq, özümüzə dönürük. Müəllifi rejissoru Nicat Mirzəzadə olan səhnə işinin ifaçıları Emin Abışov, Sevinc Məmmədova, Nicat Süleymanzadə, Orxan Təvəkküllü, Ruslan Şıxəliyev, Vüqar Babayev, Elçin Məmmədov, Rahibə Baxşəliyeva, Elşən Gözəlov, Vüsal Quliyev, Zamin Quliyev Qəlbinur Əhmədli idi.

 

Şamaxı teatrının “Ocaq” tamaşası isə daha çox uşaq və yeniyetmələrin Vətən sevgisi, ona münasibətlərinin rituallaşmış forması idi. Səhnədə çatılmış rəmzi ocaq Vətənin övladlarını bir araya toplayır və sonda onları zəfərə yetirir. Bir növ müəllif və rejissor Ruslan Adıgözəlovun Vətən haqqında sevgi izharı idi bu .

 

İlk iki günün yekunu  tamaşaların münsiflər və iştirakçıların qarşılıqlı müzakirəsi ilə yadda qaldı. Xalq artisti Pərviz Məmmədrzayevin “Bədən dilimövzusunda təlim-təqdimatı isə festivalıı izləyən tələbə-tamaşaçılar üçün xüsusilə maraq doğurdu.

 

“4.4” festivalının növbəti iki gününün proqramında 12 tamaşa vardı. Noyabrın 3-də Gəncə Dövlət Dram Teatrının “Şuşa, sən azadsan!”, Şamaxı Mədəniyyət Mərkəzinin “Savaş”, Şəki Dövlət Dram Teatrının “Xain”, Qusar Dövlət Ləzgi Dram Teatrının “Xarıbülbül”, eləcə də “Səhnə” teatrının “Biz böyüdük” və müstəqil kimi Tərlan Abdullayevin müəllifi olduğuSonuncu görüşnümayiş olundu.

 

Noyabrın 4-də isə münsiflərə  Son nəfəsə qədər” (Bakı Uşaq  Gənclər Teatrı, müəllif və rejissor Könül Şahbazova),  Ana” (Lənkəran Dövlət Dram Teatrı, müəllif və rejissor Oruc Qurbanov), “Döyüşən tar” (müstəqil layihə, müəllif və rejissor Cavid İmamverdiyev), “Bazar günü” (Mingəçevir Dövlət Dram Teatrı, müəllif Ülviyyə Heydərova, rejissor İlqar Rəhimov), “Xarıbülbül əfsanəsi” (Gəncə Dövlət Kukla Teatrı, müəllif və rejissor Zülfiyyə Əliyeva) və “Qonşu” (ƏSA teatrı, müəllif və rejissor Nihad Qulamzadə) tamaşaları təqdim edildi.

 

Bu tamaşalar və festivalın yekunları barədə növbəti sayımızda...

 

Həmidə NİZAMİQIZI

 

Mədəniyyət.- 2021.- 5 noyabr.- S.5.