“Dədə QorqudTürk dünyası filmlərini bir araya toplayıb

 

8-12 noyabr tarixində İstanbulda Türkiyə Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı iləDədə QorqudTürk Dünyası Film Festivalı keçirilir. İlk dəfə keçirilən festivala Azərbaycan, Qazaxıstan, Özbəkistan Qırğızıstandan geniş nümayəndə heyətləri, eləcə Türkmənistan, Macarıstan, Rusiya Federasiyasının Saxa Yakutiya, Tatarıstan respublikaları, Qaqauziya (Moldova), İran, Ukrayna Şimali Kiprdən ümumilikdə 100-dən çox kino sənətçisi qatılıb.

 

Festivalın proqramında ev sahibi daxil olmaqla 13 ölkə diyardan 42 film yer alıb. Proqrama bədii sənədli film müsabiqələri ilə yanaşı, “Tarixi panorama”, “Dəyişən insan mənzərələri”, “Çingiz Aytmatov kino adaptasiyaları”, “Türküaz sənədli nəsliAnimasiya filmləribölmələri daxildir. Bədii sənədli filmlər üzrə iki münsiflər heyəti fəaliyyət göstərir.

 

Çırağansarayında keçirilən açılış mərasimində çıxış edən Türkiyənin mədəniyyət turizm naziri Mehmet Nuri Ərsoy film festivalının Türkiyə Mədəniyyət Turizm Nazirliyinin bu il ilk dəfə təşkil etdiyiBeyoğlu Kültür Yolu Festivalıçərçivəsində keçirildiyini vurğulayıb. O, festivalın Türk dünyası ölkələri arasında əməkdaşlıq imkanlarını artıracağına, kino sənəti vasitəsilə ortaq tarixi, mədəni ictimai dəyərləri gücləndirəcəyinə əminliyini ifadə edib.

 

Festivalın məqsədi Türk dünyası ölkələrinin kinosunun mədəni intellektual infrastrukturunu təqdim etmək, gənc nəsillərin, eləcə kino mütəxəssislərinin diqqətini Türk dünyasının mədəniyyət kodlarının daşıyıcısı olan kinoya yönəltməkdir. Həmçinin türk dövlətləri arasında mədəniyyət incəsənət sahəsində əməkdaşlıq imkanlarını artırmaq, kino sənəti vasitəsilə ortaq tarixi, mədəni ictimai dəyərlərin möhkəmlənməsinə zənginləşməsinə töhfə verməkdir.

 

Festivalda türkdilli ölkələr arasında ortaq kino fondunun yaradılması məsələsi müzakirə mövzusudur. Bundan başqa, kino sənayesi mütəxəssisləri İstanbul Universiteti ilə birgə təşkil edilənÇingiz Aytmatov kinopanelində bir araya gəliblər.

 

Qeyd edək ki, festivalda ölkəmizi “Son iclasbədii-sənədli filmi (Bakı Media Mərkəzi, rejissor Fuad Əlişov), Elxan CəfərovunYarımçıq xatirələr”, Hilal BaydarovunSəpələnmiş ölümlər arasındabədii filmləri, Bakı Media Mərkəzinin istehsalı olanMirassənədli filmi təmsil edir. Bədii filmlərbölməsinin münsiflər heyətində Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin professoru Rafiq Quliyev yer alıb.

 

Festivalın təntənəli bağlanış və mükafatlandırma mərasimi 12 noyabrda Atatürk Mədəniyyət Mərkəzində keçiriləcək.

 

Mədəniyyət.- 2021.- 12 noyabr.- S.1.