Azərbaycanlı rejissorun filmi Tokio festivalında mükafata layiq görülüb

 

 

Azərbaycanlı rejissor Hilal BaydarovunDurna çırağıfilmi 34-cü Tokio Beynəlxalq Film Festivalınınİncəsənətə töhfəyə görəxüsusi mükafatına layiq görülüb.

 

Oktyabrın 30-dan noyabrın 8-dək davam edən festivalın baş mükafatı uğrunda 15 film mübarizə aparıb. Bu filmlər 113 ölkədən təqdim edilən ekran işləri arasından seçilib. Festivalın münsiflər heyətinə məşhur aktrisa İzabel Yupper rəhbərlik edib.

 

Hilal BaydarovunDurna çırağıfilmində Hüquq fakültəsinin məzunu olan qızla dörd qadını oğurlamaqda ittiham edilən kişi arasında münasibətdən bəhs olunur.

 

Mükafatların təqdim edilməsi mərasiminə onlayn formatda qatılan rejissor təşəkkürünü bildirib. Öz filmi haqqında isə bunları deyib: “İlk dəfə mən filmimi anama göstərdikdə o bildirdi ki, filminsüjeti, nə də aktyor oyunu yüksək səviyyədə deyil, amma onun böyük ruhu var. Düşünürəm ki, əsas məsələ də budur. Belə ki, əməli cəhətdən ruhun əks olunduğu üç rejissor işi tapmaq mümkün deyil”.

 

Tokio festivalının əsas mükafatını isə kosovalı rejissor Kaltrina KrasniçininVera dənizi arzulayır” filmi qazanıb. Film qumarda evini girov qoyaraq uduzanbuna görə özünə qəsd edən kişinin həyat yoldaşının qarşılaşdığı çətinliklərdən bəhs edir.

 

Festivalın “Ən yaxşı rejissor işi” mükafatına isə qazaxıstanlı Darecan Omirbayev “Akın” (“Aşıq”) filminə görə layiq görülüb. Filmdə cəmiyyətin qəbul etmədiyi şairin həyat hekayətindən bəhs olunur. Ssenari yazıçı Herman Hessenin “Müəllif gecəsi” hekayəsinin motivləri əsasında qələmə alınıb.

 

Münsiflər heyətinin üzvü Kris Fucivara filmi rəğbətlə qarşılayan həmkarlarının rəyini belə ifadə edib: “Bu film poeziya, bu sənət növünə dəyər verməyən dünyada şair doğulmağın nə qədər müşkül olması barədədir. Hazırda bütün müstəqil kinematoqrafçıların hamısı elə bu problemlə üzləşir. Film sənətə, onun insan cəmiyyətinə hansı töhfələri verdiyinə biganə olmayan insanların düşüncələrini əks etdirir”.

 

Tokio Beynəlxalq Film Festivalı Beynəlxalq Kino Prodüserləri Assosiasiyaları Federasiyasının (FİAPF) təqdir etdiyi dünyanın 15 ən yaxşı kino festivalı siyahısına daxildir.

 

GÜLCAHAN

 

Mədəniyyət.- 2021.- 12 noyabr.- S.1;2.