Əməkdar artist, tarzən Firudin Ələkbərov vəfat edib

 

Azərbaycan mədəniyyətinə itki üz verib. Tanınmış tarzən, pedaqoq, Əməkdar artist, Prezidentin fərdi təqaüdçüsü Firudin Ələkbərov 9 noyabr 2021-ci il tarixdə, 101 yaşında vəfat edib.

 

Firudin Yusif oğlu Ələkbərov 20 iyun 1921-ci ildə Gəncə şəhərində anadan olub. Kiçik yaşlarından musiqiyə maraq göstərib. Tar ifaçılığını görkəmli bəstəkar Qəmbər Hüseynlidən öyrənib.

 

Gəncə Bakıda musiqi texnikumlarında təhsil alan F.Ələkbərov əmək fəaliyyətinə 1938-ci ildə Gəncə Dövlət Filarmoniyasında solist kimi başlayıb, 1943-cü ildə Xalq çalğı alətləri orkestrinə rəhbərlik edib. Dahi bəstəkar Üzeyir Hacıbəyli onun çalğısını yüksək dəyərləndirib.

 

1949-cu ildən 1978-ci ilədək Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib. 1992-ñi ilədəkAzkonsertDövlət Qastrol-Konsert Birliyinin solisti olub. O, bir sıra tanınmış xanəndələri yüksək peşəkarlıqla müşayiət edib. Sənətkar 1991-ci ildən Əhməd Cavad adına Bakı Mədəni-Maarif Texnikumunda, 1993-cü ildən 3 saylı, 2000-ci ildən Əhməd Bakıxanov adına 6 saylı uşaq musiqi məktəblərində tarın tədrisi ilə məşğul olub.

 

F.Ələkbərov tar ifaçılığı sənətinin inkişafında xidmətlərinə görə 1989-cu ildəƏməkdar artist” fəxri adına layiq görülüb, 2002-ci ildən Prezident təqaüdçüsü idi. Azərbaycan Televiziya RadiosununQızıl fond”unda sənətkarın lent yazıları qorunur.

 

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2021.- 12 noyabr.- S.6.