Moskvada Zəfər Günü
və Bayraq Gününə həsr edilmiş fotosərgi
Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) Azərbaycanın daimi pavilyonunda Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr edilmiş fotosərgi açılıb.
Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilmiş fotosərgidə bu günlərdə Azərbaycanın müxtəlif guşələrində iki şanlı bayramın qeyd edilməsi ilə bağlı fotomateriallar təqdim olunub.
“Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova qeyd edib ki, Azərbaycanın Vətən müharibəsindəki tarixi Zəfəri ilk növbədə diplomatik və siyasi qələbədir. Zəfərdən sonra həm beynəlxalq münasibətlər sahəsində intensiv fəaliyyət, həm də işğaldan azad edilmiş torpaqlarda böyük bərpa işi vacibdir.
O deyib: “Qarşıda hələ çox iş var. Bu siyasətdə müxtəlif qüvvələr fəallıq göstərir. Rusiyada cəmiyyətə öz baxışlarını zorla qəbul etdirməyə çalışan siyasi elitalar var. Rusiya Prezidentinin müdrikliyini, onun uzaqgörən və düzgün strateji və xarici siyasətini qeyd etmək lazımdır. Vladimir Putin dəfələrlə haqqın-ədalətin tərəfində olub. Müharibə dövründə o, dəfələrlə bəyan edib ki, müharibə Azərbaycan ərazisində aparılır”.
Mədəniyyət.- 2021.- 12
noyabr.- S.2.