Qala-şəhərin azad olunması
haqqında daha bir film
Beynəlxalq Muğam Mərkəzində
“SOCAR Media”nın dəstəyi ilə hazırlanmış “Şuşa”
sənədli filminin təqdimatı keçirilib.
Filmdə Qarabağın qəlbi, ölkəmizin mədəniyyət
paytaxtı Şuşanın
işğaldan azad olunması uğrunda misilsiz qəhrəmanlıq
göstərmiş qazilərin
bu bənzərsiz hərbi əməliyyat haqqında xatirə və təəssüratları
yer alıb. Çəkilişlər
hərbi əməliyyatların
getdiyi ərazilərdə
– Şuşa ətrafındakı meşələrdə,
qayalıqlarda və şəhərin daxilində
aparılıb. Şuşanı azad edən qəhrəmanlar keçdikləri
şanlı döyüş
yolunu yenidən canlandırır və həmin həyəcan dolu anları bir daha yada
salır, yaşadıqları
duyğu və düşüncələri dilə
gətirirlər.
Prezident,
Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsinin gedişində
Şuşa haqqında söylədiyi
fikirlər filmin leytmotivini təşkil edir. Ekran işində həmçinin
1992-ci ildə Şuşanın
Ermənistan tərəfindən
işğalının qısa
xronikası da təqdim olunur. Düşmənin və ona havadarlıq edən qüvvələrin məkrli
planları ifşa olunur, eləcə də həmin dövrdə Azərbaycandakı
siyasi xaos işğalın əsas səbəblərindən biri
kimi göstərilir.
“Şuşa” sənədli
filmi “SOCAR Media”nın sifarişi ilə “QULP STUDİO” tərəfindən
hazırlanıb. Filmin müəllifi
Əməkdar jurnalist
Mübariz Əsgərov,
rejissoru Elçin Elxanlı, prodüseri İntiqam Cəfərovdur.
L.AZƏRİ
Mədəniyyət.- 2021.- 12
noyabr.- S.3.