Bayram konsertləri
Noyabrın ilk ongünlüyündə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin də dəstək verdiyi, “YAŞAT” Fondu, Müdafiə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Peyntbol Federasiyasının təşkilatçılığı ilə keçirilən “Zəfər yarmarkası” da maraqlı konsert proqramları ilə yadda qalıb.
9 Noyabr – Dövlət Bayrağı Günündə təqdim olunan konsertdə Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, Əməkdar artistlər – Gülüstan Əliyeva, Mətanət İsgəndərli, müğənnilər Roza Zərgərli, Vüsal Hacıyev, I Qarabağ müharibəsi veteranı Sahib İbrahimov, Əbdül Xalid, Amil Həsənoğlu, Nəriman Əliyev, Opera və Balet Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı Urfan Cəfərov bir-birindən gözəl ifaları ilə tamaşaçıları sevindirib.
“Nuray Rahman & Ailevi” qrupunun çıxışı, rəqqasə Fatimə Fətəliyeva və “Səma” rəqs ansamblının rəqsləri musiqi axşamını daha da maraqlı edib.
***
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ə.Əmirov adına Mədəniyyət Sarayı Bayraq Günü münasibətilə “N” saylı hərbi hissədə bayram konserti təşkil edib. İdarədən bildirilib ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Bayrağı Gününün tarixi haqqında məlumat verilib.
Vətən müharibəsi qazisi
M.Əhmədov, gənc ifaçı Q.Məmmədov, Y.Abbasova, aşıq V.Paşayev
və “Günəş” rəqs kollektivinin
çıxışları şəxsi heyət tərəfindən
alqışlarla qarşılanıb.
Mədəniyyət.- 2021.- 12
noyabr.- S.3.