Qarabağklipi təqdim olundu

 

Noyabrın 10-da Nizami Kino Mərkəzində Zəfər Günü münasibətilə “Qarabağ” mahnısına çəkilmiş klipin təqdimatı keçirildi. Eşitmə və nitq məhdudiyyətli gənclərin də iştirak etdiyi təqdimat “Səssiz Ünsiyyət” Jest Dilinin İnkişafına Dəstək Təşkilatı tərəfindən gerçəkləşdi.

 

Təşkilatın rəhbəri Şamil Sabirzadə bildirdi ki, klipin çəkilməsində məqsəd eşitmə və nitq məhdudiyyətli gənclərin Vətən sevgisini və Zəfər Gününə olan diqqətini cəmiyyətə çatdırmaq, onların cəmiyyətə daha fəal inteqrasiyasıdır: “Hər bir azərbaycanlı kimi onların da qəlbi Vətən eşqi ilə döyünür, Qarabağı azad görmək arzusu ilə yanıb tutuşurdu. Onlar da Qələbəmizi böyük sevinc və fərəh hissi ilə qeyd edirlər. Səssizlik fərq deyil, eynilikdir”.

 

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinin eşitmə məhdudiyyətli şagirdlərindən ibarət xor dərnəyinin üzvləri təşkilatın jest dili təlimçisi və tərcüməçisi Könül Quliyevanın müşayiəti ilə Dövlət himnimizi jest dilində ifa etdilər.

 

Sonra Könül Əlibəylinin “Ey şəhidim” şeiri jest dilində təqdim edildi, eşitmə və nitq məhdudiyyətli uşaqların iştirakı ilə “Şuşanın alınması” tamaşası nümayiş etdirildi.

 

Daha sonraQarabağ” mahnısına çəkilmiş klip təqdim olundu.

 

Əməkdar artist Aygün Bəylər klipin çəkilişi zamanı çox fərqli hisslər yaşadığını dedi: “Bu, mənim üçün çox gözlənilməz və təsirli oldu. Heç zaman işləmədiyim kollektivlə çox gözəl bir ərsəyə gəldi. Eşitmə və nitq məhdudiyyətli gənclər çox ürəklə iştirak etdilər. Bu mahnı neçə illərdir oxunsa da, klipi yox idi”.

 

S.FƏRƏCOV

 

Mədəniyyət.- 2021.- 12 noyabr.- S.5.