Batumi UNESCO-nun “musiqi şəhəri” statusunu alıb
Gürcüstanın kurort şəhəri
Batumi “musiqi” kateqoriyası
üzrə UNESCO-nun Yaradıcı
Şəhərlər Şəbəkəsinə
daxil edilib.
Batumi Gürcüstanda bu statusu qazanan
və Yaradıcı Şəhərlər Şəbəkəsinə
daxil olan ilk şəhərdir. “Bu ad Batuminin
yaradıcılıq və
mədəni sənayenin
güclənməsinə töhfə
verəcək ən yaxşı təcrübəni
bölüşməyə və əməkdaşlığı
gücləndirməyə hazır
olmasını nəzərdə
tutur”, – deyə məlumatda bildirilir.
Şəhər UNESCO-nun təşkilatçılığı
ilə keçirilən
tədbir və layihələrdə iştirak
etmək hüququ qazanacaq.
Batumi ilə bərabər
“musiqi şəhəri”
statusunu Qlazqo, Kinqston, Liverpul, Oklend kimi şəhərlər
də qazanıb.
Qeyd edək ki,
UNESCO-nun Yaradıcı Şəhərlər
Şəbəkəsi 2004-cü ildən mövcuddur
və hazırda 90 ölkənin 295 şəhərini media-art, musiqi, kinematoqrafiya, qastronomiya, dizayn, folklor, əl işləri
və xalq mədəniyyəti istiqamətində
bir araya gətirir.
Mədəniyyət.- 2021.- 17
noyabr.- S.8.