Narahat olmayın, tezliklə Qələbə xəbərləri alacaqsınız...”

 

Vətən müharibəsində şanlı Qələbəmizin bir ili tamam oldu. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bu savaş Ordumuzun qüdrətini, xalqımızın sarsılmaz birliyini ortaya qoydu. Vətən torpağının işğaldan qurtarılmasında canından keçən minlərlə igidimizdən biri də əfsanəvi Xüsusi Təyinatlı Qüvvələrin şəhid əsgəri Aqil Mirzəliyevdir.

 

Aqil Mehman oğlu Mirzəliyev 1999-cu il avqustun 27-də İsmayıllı rayonunda anadan olub. İlk təhsilini İsrail Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta məktəbində alıb. Məktəb illərində intellektual səviyyəsi, fəallığı ilə seçilib. Fənn olimpiadaları, bilik yarışlarında dəfələrlə birinci olub. Musiqiyə də maraq göstərir, pianoda gözəl ifa etməyi bacarırdı. O, həmçinin peşəkar futbolçu kimi də tanınıb. Hətta oyunların birində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Aqilin vurduğu qoluİlin qollarından birikimi qiymətləndirib.

 

Orta məktəbi əla qiymətlərlə başa vuran Aqil qəbul imtahanında 2-ci ixtisas qrupu üzrə 613 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotuaudit ixtisasına qəbul olunur. Burada da yüksək təhsil göstəriciləri ilə seçilir.

 

2020-ci ildə ali məktəbi bitirən Aqil Mirzəliyev hərbi xidmətə yollanır. Xüsusi Təyinatlı Qüvvələrin sırasında xidmət edir. Sentyabrın 27-də Vətən müharibəsi başlayanda artıq ən ali missiyanı yerinə yetirmək zamanı gəlmişdi. Uzun illərdir yağı tapdağında olan doğma yurd yerlərimizi işğaldan azad etmək lazım idi. Aqilin xidmət etdiyi XTQ Vətən torpağının qurtuluşu üçün meydana atılır. Murovdağ silsiləsi, Cəbrayıl, Füzuli, Hadrut istiqamətlərində gedən döyüşlərdə böyük şücaət göstərən Aqil Mirzəliyev oktyabrın 20-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində ağır döyüşdə qəhrəmancasına şəhid olur.

 

Döyüşçü yoldaşları və komandiri Aqillə bağlı xatirələrindən danışarkən qeyd edirlər ki, o, daim öndə gedir, yüksək savadı və çevik məntiqi ilə çətin vəziyyətlərdən rahatlıqla çıxa bilirdi. Aqil gözünün bir qədər zəif görməsini döyüş yoldaşlarından gizlədərək həmişə öndə olmağa çalışıb. Buna görə də silahdaşları onunla fəxr edirlər.

 

Şəhidin qardaşı Vüqar Mirzəliyev qeyd edir ki, Aqil telefon danışıqları zamanı hər dəfə nigaran qalmamalarını və tezliklə qələbə xəbərləri ilə qayıdacağını söyləyirdi: “Aqillə sonuncu dəfə şəhadətindən iki gün əvvəl – oktyabrın 18-də əlaqə saxladıq. Yenə hər şeyin yaxşı olduğunu, nigaran olmamağı dedi. Sonra anamla danışaraq belə təsəlli verirdi: “İndi bu Vətəni kim qorusun? Bu torpağı kim alsın? Burada bir rütbəli hərbçi var, bir dəfə yaralandı, getdi hospitalasağalaraq geri qayıtdı. Sonra yenə yaralandı və dedi ki, Vətən sağ olsun! Mənim belə mərd, cəsur komandirlərin yanında heç nə deməyə haqqım yoxdur. Mənə nə tapşırıq verilsə, onu da edəcəyəm...”.

 

Şəhidin döyüş yoldaşı Toğrul Zeynalov Aqillə bağlı xatirələrindən fəxrlə danışır: “Uzun yol gəlmişdik, 5-6 dəqiqə istirahət verilmişdi. Bu zaman çantasını axtardı, axtardı və birdən dedi ki, peçenyem var. Dedim ki, gətir, yeyək. Sonra çantasından bir şokolad da tapdı. Şokoladı böldü peçenyenin arasına qoydu. Gülümsəyərəkkeks düzəltdimdedi. Yedik, deyib-güldük. Təxminən 10 dəqiqə sonra yanımıza mərmi düşdü. Mən yaralandım, Aqil isə şəhid oldu”.

 

Aqil Mirzəliyev oktyabrın 23-də İsmayıllı rayon Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəliRəşadətordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görəCəsur döyüşçümedalları ilə təltif olunub.

 

Allah rəhmət eləsin.

 

NURƏDDİN

 

Mədəniyyət.- 2021.- 17 noyabr.- S.6.