Digitalart-lab” layihəsinin yekun tədbiri

 

 

Mədəniyyət Nazirliyinin dəstəyi Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşanDigitalart-lab” layihəsinə yekun vurulub. Noyabrın 11-də Muzey Mərkəzində layihə iştirakçılarının sərgisi sertifikatların təqdimetmə mərasimi keçirilib.

 

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov dünyada gedən proseslərin, sənayeləşmənin artmasının, rəqəmsal incəsənətin sürətlə həyatımıza daxil olmasının insanları yeni axtarışlara sövq etdiyini vurğulayıb. Qeyd edib ki, “Digitalart-lab” layihəsi rəqəmsal incəsənətə həsr olnmuş ilk irimiqyaslı layihə olmaqla yanaşı ətrafına çoxsaylı yaradıcı gəncləri toplaya bilib.

 

Layihənin kuratoru Nərgiz Əsgərova, layihə çərçivəsində iştirakçılara ustad dərsləri keçən illüstrator Ərzuman Paşayev, rəssam Mobil Qarayev, sənətşünas Mehparə Abbasova çıxış edərək layihə təşkilatçılarına təşəkkür edib yeni yaradıcılıq uğurları arzulayıblar.

 

Layihənin sərgisində Sara Qədimovanın “Nəsibə Zeynalova”, “Rəşid Behbudov”, İntizar Qafarovanın “Xurşudbanu Natəvan”, Nəzakət Əhmədovanın “Nizami Gəncəvi”, Nərmin Qəmbərlinin “Maral Rəhmanzadə”, Ariz Abbasovun “Əhməd Cavad”, Xəzangül Hüseynlinin “Mikayıl Abdullayev”, Zəhraxanım Quluzadənin “Toğrul Nərimanbəyov”, Nərgiz Xəlilzadənin “Əzim Əzimzadə”, İnara Nəzərlinin “Səttar Bəhlulzadə” digital əsərləri yer alıb.

 

Mədəniyyət.- 2021.- 17 noyabr.- S.5.