İçərişəhərdə
“Şərq irsi”
“İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Goethe-Zentrum, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və “Platform ART” təşkilatının birgə əməkdaşlığı ilə “Şərq irsi” adlı müasir incəsənət sərgisi açılıb.
İçərişəhərdəki XVII əsrə aid memarlıq abidəsi – Qasım bəy hamamında açılan sərgidə fotoqrafiya, videoart və instalyasiya janrlarında hazırlanmış əsərlər nümayiş olunur. Kuratoru Alfons Huq (Bakı Goethe-Zentrum) olan layihə Əqdəs Bağırzadə (Azərbaycan), Andreas Lanq (Almaniya), Andre Severo (Braziliya), Səbinə Şıxlinskaya (Azərbaycan) kimi rəssamların əl işlərini bir araya gətirib.
“Şərq irsi” müasir incəsənət sərgisi dekabrın 1-dək davam edəcək.
Mədəniyyət.- 2021.- 19
noyabr.- S.8.