“Müharibə uşaqları”nın çəkilişləri isə davam edir

 

“Azərbaycanfilm” Kinostudiyasında “Müharibə uşaqları” sənədli filminin çəkilişləri davam edir.

 

Ekran əsəri 2020-ci ilin Vətən müharibəsi dövründə düşmən tərəfdən Gəncə, Bərdə, Tərtər və digər bölgələrimizə atılan raket zərbələri nəticəsində travma almış uşaqların, postmüharibə dövründə psixoloji reabilitasiyası üçün kukla teatrının həmin bölgələrə qastrola çıxmasından bəhs edən ilhamümidverici bir filmdir.

 

Xronometrajı 25 dəqiqə olan filmin prodüseri Fariz Əhmədov, ssenari müəllifi və rejissoru Leylaxanım Qənbərlidir.

 

Mədəniyyət.- 2021.- 19 noyabr.- S.5.