“Azərbaycan aşıq sənəti”
adlı bədii sərgi açılacaq
Noyabrın 24-də Bakı Xətai Sənət Mərkəzində Xalq rəssamı Arif Hüseynovun aşıq sənətinin görkəmli nümayəndəsi, böyük söz ustadı Aşıq Ələsgərin 200 illiyinə həsr edilmiş “Azərbaycan aşıq sənəti” adlı bədii sərgisi açılacaq.
Sərgi Aşıq Ələsgərin
200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin sərəncamına
uyğun olaraq, Milli Məclisin Mədəniyyət komitəsi,
Mədəniyyət Nazirliyi, Azərbaycan
Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin
birgə təşkilatçılığı ilə reallaşacaq.
Mədəniyyət.- 2021.- 19
noyabr.- S.1.