Azərbaycanfilm”in əməkdaşlarıEnergaCAMERİMAGEfestivalında

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi Salnaməfilmstudiyası tərəfindən istehsal olunmuşSonuncusənədli filmi 29-cu “EnergaCAMERIİMAGEBeynəlxalq Film Festivalının qısametrajlı sənədli filmlər üzrə müsabiqə bölməsində iştirak edir. Festival 13-20 noyabr tarixində Polşanın Torun şəhərində keçirilir.

 

Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub Fariz Əhmədovdur. Filmin operatoru Polşadan dəvət olunmuş Mateuş Çuxnovskidir.

 

Festivala filmin yaradıcı heyətindən rejissor, “AzərbaycanfilmKinostudiyasının direktoru Fariz Əhmədov, təsvir rejissoru Mateuş Çuxnovski “focus puller” (operator assistenti), “Azərbaycanfilm”in texniki direktoru Rəşad Səməd qatılıb.

 

Qeyd edək ki, “EnergaCAMERİMAGEfestivalı qısametrajlı sənədli filmlər kateqoriyasında Amerika Kino Sənəti Elmləri Akademiyası tərəfindən “Academy award” (“Oskar”) təsnifatı ilə qeydə alınıb. Bu o deməkdir ki, “EnergaCAMERİMAGE”da müvafiq bölmədə qaliblər (“Qızıl qurbağamükafatçıları) müvafiq qaydalara uyğun olması şərtilə “Oskar” mükafatları üçün nəzərdən keçiriləcək.

 

Festival çərçivəsində kino avadanlıqları sərgisi də keçirilib. “ARRİ”, “Leica-Leitz”, “ZEİSS”, “Cooke”, “Sony”, “Canon”, “Hawk-Anamorphic Lenses” və digər film texnikası istehsalçılarının ən son yenilikləri olan kamera, işıq, lens məhsulları sərgidə təqdim olunub. Bu şirkətlərdən bir çoxu ilə əməkdaşlıq məqsədilə danışıqlar aparılıb.

 

Mədəniyyət.- 2021.- 19 noyabr.- S.2.