12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı başlayır

 

 

Beynəlxalq müsabiqə proqramına 18 ölkənin filmləri daxil edilib

 

 

 

19-23 noyabr tarixində 12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı (BBQFF) keçiriləcək. Bu il festivala 72 ölkədən 3217 qısa film, o cümlədən 82 film yerli müsabiqəyə təqdim edilib.

 

Seçim komissiyasının qərarına əsasən, 18 ölkəni (İspaniya, Böyük Britaniya, İtaliya, Türkiyə, Belçika, İran, Rusiya, Portuqaliyas.) təmsil edən 30 film festivalın beynəlxalq, 26 film isə yerli müsabiqəsində iştirak hüququ qazanıb.

 

Beynəlxalq müsabiqədə yarışan filmləri yazıçı-publisist, ssenarst Orxan Fikrətoğlu, Ukrayna Film Akademiyasının həmtəsisçisi, kinoprodüser Yuliya Sinkeviç, Paliç Avropa Film Festivalının proqram direktoru, serbiyalı kinoprodüser Miroslav Moqoroviç, türkiyəli rejissor, ssenarist Erdem Tepegöz qiymətləndirəcək.

 

Yerli müsabiqənin münsiflər heyətində tərcüməçi, şair Səlim Babullaoğlu, Xalq artisti Mehriban Zəki, kinorejissor Elməddin Alıyev yer alır.

 

Bu il festival ilk dəfə olaraq “Azərbaycan kinosunda xidmətlərinə görə” “Qızıl nar” mükafatını təqdim edəcək.

 

Builki yeniliklərdən biri də festivalın əsas mükafatı olan “Qızıl nar” heykəlciyinin gənc heykəltəraşlar tərəfindən yeni dizaynda təqdim olunmasıdır. Bundan başqa, Azərbaycan kinosuna yeni gənc rejissorlar qazandıran festivalın builki qaliblərə xüsusi töhfəsi də var. Yerli müsabiqədə “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx” nominasiyaları üzrə qaliblərə pul mükafatı veriləcək. Yerli müsabiqənin ümumi mükafat fondu 5000 manatdır.

 

Festivalın daha bir sürprizi var:BAFTA (Britaniya KinoTeleviziya Sənətləri Akademiyası) mükafatın üzrə 2020-2021-ci illərdə nominantqalib olmuş dörd film tamaşaçılara təqdim olunacaq.

 

Dili bizim” proqramı Cənubi Azərbaycanda yaşayan azərbaycanlı rejissorların ana dilimizdə çəkdikləri filmlərə işıq tutacaq.

 

Festivalda yer alan yerlixarici qısa filmlər 5 gün müddətində saat 12:00-dan Nizami Kino Mərkəzində nümayiş olunacaq.

 

Qaliblərin mükafatlandırılması mərasimi noyabrın 23-də Nizami Kino Mərkəzində keçiriləcək.

 

Bakı Beynəlxalq Qısa Filmlər Festivalı hazırda Azərbaycanın uzunömürlü kinoforumudur. “CİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir.

 

Festivalın dəstəkçiləri sırasında Nizami Kino Mərkəzi, “Azərbaycanfilm” Kinostudiyası, Dövlət Film Fondu, Azərbaycan Prodüserlər Gildiyası, “Öz fi̇lm” şirkəti, British Council yer alır.

 

Əlaqə üçün:

 

Bakı Beynəlxalq Qısa Filmlər Festivalının Təşkilat Komitəsi

 

(+994 55) 221-20-41

 

www.filmfestival.az;

 

office@filmfestival.az

 

Mədəniyyət.- 2021.- 19 noyabr.- S.7.