Şadam ki, bir çox əsərlərin Bakıda ilk dəfə səslənməsinə nail olmuşam

 

Dirijor Fəxrəddin Kərimov: “Gənclərə dayaq olmaqla yanaşı, sənətə məsuliyyətlə yanaşmalarını da tələb etməliyik”

 

 

 

Akademik musiqinin cəmiyyətin bütün təbəqələri tərəfindən dərk edilməsi, qavranılması o qədər də asan deyil. Dünyanın hər yerində “klassik musiqi dinləyiciləri” adlanan təbəqə var ki, onun genişlənməsində məsuliyyət daha çox peşəkar musiqiçilərin üzərinə düşür. Bu sahədə dirijorluq sənəti də mühüm yer tutur.

 

Azərbaycanda bu gözəl sənətin təməli görkəmli bəstəkar, musiqi xadimi Müslüm Maqomayev (1885–1937) tərəfindən qoyulub, sonradan maestro Niyazi tərəfindən daha da yüksək səviyyəsinə gəlib çatıb. Bu insanların sayəsində hazırda bizim dünyada tanınmış dirijorlarımız fəaliyyətdədir.

 

Dirijorluq sənətinin layiqli davamçılarından biriXalq artisti, Prezident təqaüdçüsü Fəxrəddin Kərimovdur. Bu günlərdə sənətkarla görüşüb həmsöhbət olduq. Müsahibəni təqdim etməzdən öncə dirijorun bioqrafiyasına qısa nəzər salaq.

 

Fəxrəddin Nuri oğlu Kərimov Bakıda həkim ailəsində dünyaya gəlib. Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirdikdən sonra P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında violin sinfi üzrə təhsilini davam etdirib. Təhsilini başa vurduqdan sonra Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrində Niyazinin rəhbərliyi altında konsertmeyster kimi çalışıb. Hərbi xidmətini başa vurduqdan sonra dirijorluq sənətinə sonsuz sevgi və marağı olduğu üçün 1982-ci ildə N.Rimski-Korsakov adına Leninqrad (Sankt-Peterburq) Dövlət Konservatoriyasının Opera-simfonik dirijorluğu şöbəsində Rusiyanın Xalq artistləri V.Gergiyevİ.Musinin sinfində təhsil alıb. Təhsilini başa vurduqdan sonra Sankt-Peterburqun Mariinski Dövlət OperaBalet Teatrında təcrübəçi dirijor kimi çalışıb. Təhsilini tam bitirdikdən sonra Türkiyədə İstanbul Memar Sinan Universiteti nəzdində Dövlət Konservatoriyasında və eyni zamanda İstanbul Böyükşəhər Bələdiyyəsi nəzdində operasimfonik orkestr yaradaraq həmin kollektivə rəhbərlik edib. Daha sonra Türkiyənin bütün şəhərlərində qastrola çıxaraq opera, baletsimfonik konsertləri idarə edib, İzmir Dövlət OperaBalet Teatrının baş dirijoru olub. Eyni zamanda Avropanın bir neçə ölkəsində dirijor kimi konsertlərdə iştirak edib. Hazırda Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru kimi fəaliyyət göstərir. Eyni zamanda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijorudur. Bakı Musiqi Akademiyası və Milli Konservatoriyanın dosentidir.

 

 

– Fəxrəddin müəllim, istərdik öncə 2 noyabr tarixində Heydər Əliyev Sarayında Zəfərimizin ildönümünə həsr edilmişQarabağ Azərbaycandır!” adlı konsertinizlə bağlı təəssüratlarınızı bölüşəsiniz.

 

Biz bu Qələbəni illərlə gözləmişik. Ali Baş Komandana, müzəffər Ordumuza dərin sevgi və minnətdarlığımı bildirirəm. Zəfər Günü ərəfəsində keçirilən konsertdə mən bu hiss və duyğuları bir daha yaşamış oldum. Konsertdə Zəfər notlarına köklənmiş proqram təqdim etdik. Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu, Bəstəkarlar İttifaqı, Heydər Əliyev Sarayı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə həyata keçirilən bu layihənin ideyası Bəstəkarlar İttifaqında yarandı. İttifaqın rəhbəri, Xalq artisti Firəngiz Əlizadənin bəstəkarlara müraciəti ilə biz əsərləri bir araya gətirə bildik. Çoxsaylı əsərlərin arasından səslənməyən və ictimaiyyətə təqdim olunmağa layiq olan əsərlər seçildi. Bu mənada Firəngiz xanıma təşəkkür edirəm ki, çox diqqətli, xoşniyyətli və peşəkarcasına yanaşdı bu işə. Konsertdə 18 bəstəkarın əsəri səsləndi. Məşqlər zamanı mən müəlliflərin həyəcanını, sevincini hiss edirdim. Zəfərə həsr olunan əsərlərin təqdimi çox əlamətdar bir hadisədir. Biz bu işi ənənəyə çevirərək Qələbə gününü bəstəkarlıq və musiqi sahəsində müxtəlif formalarda qeyd edəcəyik. Bundan sonra da bəstəkarlarımız şanlı Zəfərə musiqinin müxtəlif janrlarında əsərlər həsr edəcəklər. Keçmişə nəzər salanda görürük ki, bu mövzu heç zaman diqqətdən kənarda qalmayıb.

 

 

Mövzu eyni olsa da, yanaşma fərqliliyini necə hiss edirdiniz?

 

– Dünyadakı bütün insanlar bir-birinə bənzəmədiyi kimi, hisslər də fərqli olur. Biri poema formasında, biri mahnı, biri sırf instrumental yazır. Forma olaraq axtarışları da maraqlı idi. Bizim bəstəkarlıq məktəbimiz zəngindir. Fərqliliyi ondadır ki, bəziləri xalq çalğı alətlərindən, muğamdan, aşıq musiqisindən istifadə edərək simfonik orkestrlə birlikdə dinləyicilərə zəngin bir palitra təqdim etdilər. Bu əsərlərdə əsas qeyd etmək istədiyim məqam bəstəkarlar bu nümunələri ustalıqla və səmimi yazmışdılar. Layihənin reallaşmasında Dövlət Xor Kapellasının və onun bədii rəhbəri Gülbacı İmanovanın da rolu böyük oldu. Kapella yeganə bir kollektivdir ki, oratoriya və kantataları, görkəmli Azərbaycan bəstəkarlarının xor əsərlərini məharətlə ifa edir.

 

 

İndi isə şəxsi yaradıcılığınıza gələk. Ailənizdə sizdən əvvəl musiqi ilə məşğul olan vardımı?

 

– Valideynlərim musiqiyə maraq göstərir, musiqini çox sevirdilər. Evimiz Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin yanında idi. Qardaşımla məni həmin musiqi məktəbinə qoydular. Orada mənə dərs deyən müəllimləri ehtiramla və minnətdarlıqla yad edirəm. Bizə qarşı nəcib və nəzakətli idilər. Çox məmnunam ki, məşhur konservatoriyalarda təhsil alsam da, sənət yolumun təməli Bakıda qoyulub.

 

 

Dirijorluğa meyliniz necə yarandı?

 

– Gəncliyimdən orkestləri dinləyərək, opera və baletləri izləyərək, təbii ki, bu kollektivləri idarə edərək musiqinin səslənməsində dirijorun şəxsiyyətinin cazibəsi məndə maraq doğururdu. Musiqiçilərlə bərabər əsərləri səsləndirmək və onları idarə edərək istiqamət vermək - bu, insana çox böyük zövq verir. Əsərin yaxşı səslənməsi və yaşaması dirijor və ifaçılara bağlıdır. Bu istəklə sınaqdan keçərək Leninqrad (Sankt-Peterburq) Dövlət Konservatoriyasının Opera-simfonik dirijorluğu şöbəsinin dirijorluq fakültəsinə qəbul olundum. Görkəmli müəllimlərin sinfində təhsil aldım. V.Gergiyev mənim ilk müəllimim idi. Onun xeyir-duası ilə mən Rusiyanın bir neçə tanınmış kollektivində dirijorluq etmişəm. Bu zamana qədər müəllimimin xeyir-duası ilə həm keçmiş sovet respublikalarının şəhərlərində, həm də Avropanın bir neçə ölkəsində operabalet, simfonik konsertləri idarə etmişəm.

 

 

– Səhnəyə dirijor kimi ilk çıxışınız harada oldu?

 

– Sankt-Peterburq Opera Balet Teatrında. Burada C.VerdininTrubaduroperasını idarə etmişdim. Daha sonra başqa tamaşalarda iştirak etdim. İşimin məsuliyyətini hər zaman hiss edirəm. Çalışmalarımda bəstəkarların düşüncələrinə hisslərinə, stillərinə diqqətli, yaxın olmağa çalışıram eyni zamanda bütün yaradıcı təkliflərə böyük həvəslə yanaşıram. Konsert proqramlarında düşüncə istək olaraq yeni əsərlərə, dünyada tanınmış ilk dəfə Bakıda səslənən əsərlərə müraciət etmişəm. Bu mənim üçün həm maarifləndirici bir missiya kimidir. Eyni zamanda musiqi kollektivləri ilə çalışmalarımda öz onların repertuarlarının geniş olmasında marağım var. Çox şərəf duyuram ki, Azərbaycanı Heydər Əliyev Fondu tərəfindən təşkil edilən ən yüksək səviyyəli konsertlərdə təmsil etmişəm. Fransa, Yunanıstan, İsveçrə, Küveyt s. ölkələrdə, eləcə respublikamızda təşkil edilən dövlət səviyyəli tədbir festivallarda iştirak etmişəm.

 

 

Gənc dirijorlarla bağlı düşüncələriniz maraqlıdır...

 

– Bu gün yaxşı təhsil almış gənclərimiz var. Onlara biz hər zaman dəstək olaraq, təcrübə qazanmaqlarına şərait yaradaraq eyni zamanda ixtisaslarında tələbkar daha diqqətli olmalarını, Üzeyir bəyin qoyduğu o gözəl yolu davam etdirmələrini arzulayırıq. Mədəniyyətimizin sabahı daha da zənginləşməsi üçün. Bildiyiniz kimi, Azərbaycan musiqisi dünyada tanınır bu sahədə dünyaya təqdim edəcəyimiz çox nümunələr var. Millətimizi yaşadan mədəniyyətimizdir. Bu amil bizi çox diqqətli olmağa sövq edir. Çox istərdim bizim böyük şəhərlərimizdə, Gəncədə, Sumqayıtda, Naxçıvanda simfonik orkestrlər musiqili teatrlarımız yaradılsın. Bizim üçün, sənətimizin inkişafı üçün bu, çox vacibdir.

 

 

Maraqlı söhbətə görə sizə təşəkkür edirəm.

 

Mən sizə təşəkkür edirəm. Bu gün ölkəmizdə bütün sahələrdə inkişafı görüb fərəhlənirəm. Prezidentimiz İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyət sahəsinə diqqəti bizi qürurlandırır bütün vətəndaşlarımıza böyük ruh yüksəkliyi verir.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2021.- 19 noyabr.- S.5.