Yerin, göyün bağları…”

 

 

Müasir İncəsənət Muzeyində  Əməkdar rəssam İnna Kostinanın “Yerin, göyün bağları…” adlı sərgisi açılıb.

Rəssam bildirib ki, bu sərgiyə üç il hazırlaşıb. Bu illərdə 150-dən çox əsər yaradıb və sərgidə 90-na yaxın əl işini nümayiş etdirir. Budəfəki sərgidə insan vücuduruhu mövzusuna toxunduğunu deyən İnna Kostina deyib ki, yaratdığı əsərlər bir qədər mücərrəd məna daşıyır.

 

Nar röyaları” silsilə əsərlərindən danışan müəllif bildirib ki, bu ideya onda Qarabağ müharibəsində günahsız bir qızcığazın ölümündən sonra yaranıb. Əsərlərdən birində o, həmin qızcığazı nar meyvələri arasında yatılı, başqa bir əsərində isə işığa doğru pərvazlanan şəkildə təsvir edib ki, bu da Qələbənin simvolu hesab oluna bilər.

Tədbirdə Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Fuad Salayev sərgi ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, bu əsərlərə diqqətlə baxsaq, müəllifin qəlbində gizlətdiyi məqamları görmək olar. Sərgidə incə zövqlə işlənmiş, bir az da insanda yuxu təəssüratı yaradan mənzərə əsərləri nümayiş olunur. Ümid edirik ki, rəssam sənətsevərləri gələcəkdə də təəccübləndirməkdə davam edəcək.

Latviyanın Azərbaycandakı səfirinin müavini xanım Viya Buşa bildirib ki, İnna səfirliklə uzun illərdir əməkdaşlıq edir: “Ümid edirəm bu əməkdaşlıq belə bir sərginin Latviyada da açılmasına səbəb olacaq”.

 

Sonra iştirakçılar əsərlərlə tanış olublar. Sərgi dekabrın 20-dək davam edəcək.

 

Mədəniyyət.- 2021.- 24 noyabr.- S.8.