“Mezzo”da
yalnız xanımlardır
Azərbaycanda ilk dəfə xanımlardan ibarət kamera ` yaradılıb. “Mezzo” adlı orkestrin yaradıcısı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Fidan Hacıyevadır.
Kollektiv barədə məlumat verən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, bəstəkar Könül Hüseynova qeyd edib ki, orkestrin adı Fidan Hacıyevanın səs tembrinə (metso-soprano) uyğun olaraq seçilib. İstedadlı xanım ifaçılardan təşkil olunan orkestr geniş repertuarı ilə Azərbaycan və Qərb ölkələri bəstəkarlarının əsərlərinin təbliğində çox böyük rol oynayacaq. Xaricdə bu cür orkestrlər var, Azərbaycanda isə ilk dəfə tanınmış vokalçı Fidan Hacıyeva tərəfindən yaradılıb: “Orkestrin xanımlardan ibarət olması başqa bir məqsəd də daşıyır. Fidan Hacıyeva bizim gənc xanımlarımızın daim maariflənməsi və gözəl ideyalar arxasınca getməsinin tərəfdarıdır. Bundan əlavə, Fidan Hacıyevanın çox gözəl bir təşəbbüsü də var. Rayon və kəndlərimizdə olan gənc qızların istedadlarını üzə çıxarmaq üçün maarifləndirici konsert proqramları hazırlamağı planlayırıq”.
Əməkdar artist, vokalçı Fərid Əliyev isə Fidan Hacıyevanın bütün uğurlarına şahidlik etdiyini deyib: “Fidan xanım gözəl bir işə imza atıb. Onu daim dəstəkləyirəm və yanındayam. Biz neçə illərdir tərəf-müqabilik. Mənim ilk addımlarım Fidan xanımın dəstəyi ilə reallaşıb. Ümumən bu orkestrə, özümüzə uğurlar arzu edirəm”.
Xalq artisti
Fidan Hacıyeva bildirib
ki, öz orkestrimin olması ən böyük
arzum idi: “Çox şükür ki, bu arzuma
nail oldum. Böyük proqram
hazırlayırıq. İlk
çıxışlarımız 15-16 dekabr
tarixlərində Rəşid Behbudov
adına Dövlət Mahnı Teatrında baş
tutacaq. Artıq məşqlərə
başlamışıq. Orkestrdə yer alan qızlar çox
peşəkardır. Gələn il onlarla birgə Heydər Əliyev Sarayında konsert vermək istəyirəm. Azərbaycanın
ucqar rayonlarında fəaliyyət göstərən
musiqi müəllimlərinə ustad dərsləri keçməyi
arzulayırıq. Vokalçı dostlarımın dəstəyi
ilə bunu reallaşdıracağıq”.
Mədəniyyət.- 2021.- 24
noyabr.- S.8.