12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalına yekun vuruldu

 

 

19-23 noyabr tarixində Nizami Kino Mərkəzində keçirilən 12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalına (BBQFF) yekun vuruldu.

 

“CİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə reallaşdı. Festivala Nizami Kino Mərkəzi, “AzərbaycanfilmKinostudiyası, Dövlət Film Fondu, Azərbaycan Prodüserlər Gildiyası, “Öz Film” şirkəti, “British Council” dəstək verib. Festivalın media dəstəkçiləri arasındaMədəniyyətqəzeti var.

 

Noyabrın 23-də Nizami Kino Mərkəzində festivalın mükafatlandırma bağlanış mərasimi keçirildi.

 

Festivalın beynəlxalq müsabiqə proqramı üzrə münsiflər heyətinin üzvü Erdem Tepegöz (Türkiyə) çıxış edərək bir-birindən maraqlı filmləri seyr etməkdən məmnunluğunu bildirdi.

 

BBQFF-nin direktoru, “CİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamıyev çıxış edərək bildirdi ki, 5 aya yaxın hazırlığı davam etmiş festivalın uğurla keçdiyini bildirdi: “Artıq üçüncü ildir ki, festival böyük formatda keçirilir. Bütün tamaşaçılara, münsiflərə iştirakçılara təşəkkür edirəm”.

 

Mərasimdə çıxış edən Mədəniyyət Nazirliyi Audiovizual interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov bildirdi ki, nazirlik gələcəkdə festivala dəstəyini əsirgəməyəcək. Nazirliyin kinonun inkişafına xüsusi diqqət yetirdiyini vurğulayan şöbə müdiri dedi ki, kino mədəniyyətin vacib sahələrindən biridir: “Biz istəyirik ki, bu festivallar ölkəmizdə kino sənayesinin inkişafına öz töhfəsini versin. Gələn il festivalı daha geniş keçirmək niyyətindəyik”.

 

Sonra festivalın beynəlxalq müsabiqə yerli müsabiqə üzrə müxtəlif nominasiyalardaQızıl narmükafatlarının qalibləri elan edildi.

 

Qeyd edək ki, beynəlxalq müsabiqə proqramının qalibləri pandemiya səbəbindən mükafatlandırmaya qatılmamışdı.

 

Yerli müsabiqədəƏn yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarxnominasiyaları üzrə qaliblər mükafatlandırıldı. Diplom mükafatları festivalın münsiflər heyəti təqdim etdi.

 

Xatırladaq ki, BBQFF bu il Azərbaycan kinosunda xidmətlərinə görəQızıl narmükafatını da təsis edib. İlk mükafat festivalın açılış mərasimində Əməkdar incəsənət xadimi, rejissor, ssenarist, prodüser Hüseyn Mehdiyevə təqdim edilmişdi.

 

Festivalın beynəlxalq proqramına 18 ölkədən 30 film, yerli proqrama isə 26 ekran işi daxil edilmişdi. Filmlər beş gün müddətində Nizami Kino Mərkəzində nümayiş olunub. Festivalda, həmçinin “British Council” ilə əməkdaşlıq nəticəsində Britaniya Kino Televiziya Sənəti Akademiyasının (BAFTA) mükafatı uğrunda 2020-2021-ci illərdə nominant qalib olmuş dörd film müsabiqədənkənar yerli tamaşaçılara təqdim olunub.

 

Beynəlxalq müsabiqə proqramında yarışan qısa filmləri yazıçı-publisist, ssenarist Orxan Fikrətoğlu, Avropa Kino Akademiyasının üzvü, Ukrayna Film Akademiyasının həmtəsisçisi, kinoprodüser Yuliya Sinkeviç, Avropa Kino Akademiyasının üzvü, Paliç Avropa Film Festivalının (Serbiya) proqram direktoru, kinoprodüser Miroslav Moqoroviç türkiyəli rejissor, ssenarist Erdem Tepegözdən ibarət münsiflər qiymətləndirib. Yerli müsabiqənin münsiflər heyətində şair, tərcüməçi Səlim Babullaoğlu, Xalq artisti Mehriban Zəki, kinorejissor Elməddin Alıyev yer alıb.

 

 

 

Festivalın qalibləri

 

 

 

Beynəlxalq müsabiqə

 

Münsiflər heyətinin xüsusi seçimi” – “Kuku” bədii filmi. Rejissor Svetlana Belorusova (Rusiya)

Münsiflər heyətinin xüsusi mükafatı” – “Ruhun ruhusənədli filmi. Rejissor Hoze Martinez, Culieta Gəzrok (İspaniya)

Ən yaxşı animasiya filmi rejissoru” – Mahsa Samani.Habubanimasiya filmi (İran)

Ən yaxşı animasiya filmi” - “Pərdəarxası” . Rejissor Vu Yen Şenq (Tayvan)

Ən yaxşı sənədli film rejissoru” - Viyet Vu.Əbədi baharfilmi (Vyetnam)

Ən yaxşı sənədli film” - “4000 səs”. Rejissor Kuiş Səccad (İraq)

Ən yaxşı bədii film rejissoru” - Heydər Taştan.Çingizfilmi (Türkiyə)

Ən yaxşı bədii film”. Daliya”. Rejissor Brusi Olason (İslandiya)

 

 

Yerli müsabiqə

 

 

“CİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin diplomu – “28 may” bədii filmirejissor Elvin Əhmədoğlu.

 

Ən yaxşı prodüser” – “Arzufilmiprodüser Rüfət Əlizadə.

 

 

Münsiflər heyətinin diplomu”:

 

Mən Gəncəyəmsənədli filmirejissor Ramil Ağasıyev.

 

Mənim ailəmsənədli filmirejissor Afaq Yusifli.

 

Bir ovuc yumor cansıxıcı kədərsənədli filmiLalə Əliyeva.

 

Xocalı nişanəsisosial çarxırejissor Elçin Elxanlı.

 

 

Münsiflər heyətinin xüsusi mükafatı”:

 

Artıqbədii filmirejissor Fərid Hüseynov.

 

“+65” animasiya filmirejissor Sevinc Quliyeva.

 

 

Ən yaxşı ssenari”:

 

Qaldırın yelkənləribədii filmirejissor Səbinə Haqverdiyeva.

 

 

“Ən yaxşı sosial çarx”:

 

Korona – incəsənətə yardım” – rejissor Cavid Səmədov.

 

 

Ən yaxşı sənədli film”:

 

Papanin” – rejissor Türkan Hüseynova.

 

 

Mədəniyyət.- 2021.- 24 noyabr.- S.1;2.