Qazax. Qızıl adamın tarixi

 

Nursultan Nazarbayev haqqında film Bakıda təqdim olunub

 

 

Bakıdakı Nizami Kino Mərkəzində Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin həyat və fəaliyyətinə həsr olunmuşQazax. Qızıl adamın tarixi” (“Qazaq. History of Golden Man”) filmi təqdim olunub.

Filmin müəlliflərindən biri tanınmış amerikalı rejissor, üç dəfə “Oskar” mükafatı laureatı Oliver Stoundur. Sənədli ekran əsərinin baş rejissoru İqor Lopatonok, prodüseri Vera Tomilova təqdimatla əlaqədar Bakıya gəliblər.

Çəkilişlərə ötən il başlandığını deyən rejissor İ.Lopatonok qeyd edib ki, film ilk dəfə bu il iyulun 6-da Nazarbayevin doğum günündə Qazaxıstanda nümayiş olunub. Sonrakı təqdimatlar Moskvada, Los-Ancelesdə Romada keçirilib. Gələn il isə ekran əsəri Berlin Film Festivalında nümayiş olunacaq.

Bakıdan sonra biz filmi MinskdəListopadkinofestivalına çıxaracağıq. Sonra isə bir neçə ölkədəTürkiyədə, Birləşmiş Ərəb Əmirliklərində, Çində Almaniyada auditoriyaya təqdim edəcəyik. Filmdə izləyici Nursultan Nazarbayevin həyat fəaliyyəti ilə yanaşı, Qazaxıstanın tarixi, mədəniyyəti haqqında dolğun məlumat ala biləcək”, – deyə o bildirib.

 

Mədəniyyət.- 2021.- 24 noyabr.- S.8.