Xalq rəssamı Fərhad Xəlilov1-ci
dərəcəli “Əmək” ordeni ilə
təltif olunub
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev noyabrın 23-də bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Fərhad Qurban oğlu Xəlilov Azərbaycan təsviri sənətinin inkişafında və təbliğində uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Əmək” ordeninə layiq görülüb.
Qeyd edək ki, bu il Fərhad Xəlilovun 75 yaşı tamam olur.
Xalq rəssamını əlamətdar
yubileyi və yüksək dövlət təltifi
münasibətilə təbrik edirik.
Mədəniyyət.- 2021.- 24
noyabr.- S.2.