Şuşa qoruğunda “ASAN”ın elektron sənəd dövriyyəsinin tətbiqinə başlanılıb

 

 

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Mərkəzləşdirilmiş elektron sənəd dövriyyəsi” (MESD) proqramının tətbiqinə başlayıb.

İdarədən verilən məlumata görə, proqram sənədlərin icrasında operativliyineffektivliyin artması, müvafiq dövlət qurumları ilə rabitənin möhkəmlənməsinə töhfə verəcək.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi İdarə Heyətinin sədri Məftun Abbasov bildirib ki, mədəniyyətimizin paytaxtı özünün yeni intibah dövrünü yaşayır, şəhərdə irihəcmli infrastruktur layihələri həyata keçirilir, erməni işğalı zamanı dağıdılmış tarixi abidələr bərpa olunur: Bir çox yerlixarici şirkətlər Şuşanın bərpasında iştirakdan qürur duyur, amma bu işlərin operativ təşkili, həm dövlət, həm də özəl şirkətlərlə sənəd dövriyyəsinin müasir formada təmin olunması vacib prioritetlərdən birinə çevrilib”.

Elektron Hökumətin İnkişafı Mərkəzi”nin (EHİM) direktoru Fariz Cəfərov Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda Xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəhbərliyi və əməkdaşları ilə görüşdə MESD, “ASAN Login”, “myGov”, insan resurslarının idarə olunması sistemi və digər layihələr haqqında ətraflı məlumat verib. Fariz Cəfərov dövlət qurumları tərəfindən göstərilən xidmətlərin “ASAN Xidmət indexi vasitəsilə qiymətləndirildiyini bildirib.

Treninqin sonunda süni intellekt, “Big Data” texnologiyasına artan tələbat və 4-cü sənaye inqilabı dövründə Azərbaycanın çağırışları mövzusunda da fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət.- 2021.- 24 noyabr.- S.4.