Rasim Ocaqova həsr olunan fotosərgi

 

 

Noyabrın 22-də Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, rejissor, operator, SSRİ Azərbaycan Dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun (1933-2006) anadan olmasının 88-ci ildönümü tamam oldu.

Rasim Ocaqovun yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində ayrıca bir mərhələdir. Operator işi sənətkarlıq cəhətdən maraqlı kinofilmlərin çəkilişində novator üsul metodlardan bacarıqla istifadə edən Rasim Ocaqov mədəniyyətimizin incilərindən sayılan bir çox kino televiziya filmlərinin müəllifidir. Rejissorun lentə aldığıTütək səsi”, “İstintaq”, “Ad günü”, “Ölsəm, bağışla”, “Otel otağı”, “Həm ziyarət, həm ticarət s. filmlər Azərbaycan kinematoqrafiyasınınqızıl fond”una daxildir.

Azərbaycan Dövlət Film Fondu tərəfindən Rasim Ocaqovun doğum günündə geniş fotosərgi hazırlanıb. Milyonlar tərəfindən sevilən filmlərin rejissorunun  xatirəsinə həsr olunmuş ekspozisiyada görkəmli kino ustasının həyat yaradıcılıq yolunu əks etdirən fotoşəkillər yer alıb. Ekspozisiyada rejissorun Dövlət Film Fondunda qorunan şəxsi arxivindən 50-dən çox fotoşəkil nümayiş etdirilir.

Dövlət Film Fondunun sərgisi noyabrın 29-dək davam edəcək.

 

LALƏ

 

Mədəniyyət.- 2021.- 24 noyabr.- S.5.