“Animafilm”in filmləri Şəkidə
nümayiş olunub
Xəbər verdiyimiz kimi,
3-7 sentyabr tarixində
Bakıda IV “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçirilmiş,
40 ölkədən 200-ə yaxın cizgi filmi təqdim edilmişdi.
Mədəniyyət Nazirliyi və Şəki Şəhər
İcra Hakimiyyətinin
dəstəyi ilə festivalın proqramına daxil olan filmlərin
bir qisminin noyabrın 23-dən 25-dək Şəkidəki
“ASAN Xidmət” Mərkəzində
nümayişi təşkil
olunub.
Bu barədə məlumat
verən “Animafilm”in direktoru Rəşid Ağamalıyev bildirib ki, üç gün ərzində Şəkidə uşaqlar
və böyüklər
üçün ən
maraqlı yerli və xarici cizgi filmləri nümayiş etdirilib. “Peri film” tərəfindən
təşkil edilən
seanslara giriş pulsuz (öncədən qeydiyyatla) olub. Eyni zamanda uşaqlar üçün “Şaxta
Babanı kağızdan
düzəldin” mövzusunda
ustad dərsi keçilib.
LALƏ
Mədəniyyət.- 2021.- 26
noyabr.- S.7.