Almaniya Milli Kitabxanasında Qarabağ mövzusunda nəşrlər

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana İnformasiya Mərkəzinin həyata keçirdiyiQarabağ mövzusu dünya kitabxanalarında” layihəsinin növbəti mərhələsi Almaniya Milli Kitabxanasına həsr olunub.

UNEC-dən bildirilib ki, elektron mənbələrdə axtarış zamanı alman dilində olan kitabxana kataloqunda 191 biblioqrafik yazı tapılıb. Onların arasında xəritələr, kitablar, audionəşrlər, onlayn resurslar və məqalələr var.

Bu nəşrlərin ən qədimi 1890-cı ildə alman dilində nəşr olunan Radde Qustavın (Ferdinand Richard) “Karabagh” əsəridir. R.Qustav (1831-1903) alman naturalistiSibir üzrə tədqiqatçıdır. O, 1864-cü ildən Qafqaz bölgəsinin bitkiheyvanat aləmini tədqiq etmək məqsədilə ekspedisiyalara başlayıb. “Karabagh” əsəri 1890-cı ilin yayında R.Qustavın və Jan Valentinin Qarabağa səfərləri haqqında Rusiya Elmlər Akademiyasında verdikləri hesabatı əhatə edir. Kitaba Qarabağın xəritəsi də əlavə olunub. Bu nəşr layihənin bundan əvvəlki mərhələlərində tədqiq olunan digər kitabxanaların (ABŞ Konqres Kitabxanası, Britaniya Milli Kitabxanası və Fransa Milli Kitabxanası) fondunda da mövcud idi.

Almaniya Milli Kitabxanasının elektron kataloqunda olan xəritələrdən biri vaxtilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunub. Xəritə 48x60 sm ölçüdədir və alman dilindədir. Kitabxanada Azərbaycana aid xəritələrdən biri də İrəvan quberniyasının 1912-1913-cü illərə aid rusca xəritəsinin 1918-ci ildə Berlində təkrar nəşr olunan variantıdır. Kitabxananın elektron kataloqunda Qarabağ mövzusunda 5 dissertasiyanın (2-si onlayn nəşr, 3-ü çap nəşri) biblioqrafik təsviri də mövcuddur. Onlardan 2-si azərbaycanlı, 3-ü xarici müəlliflərə aiddir və hər biri Almaniyada müdafiə olunub.

Kitabxananın onlayn resursları arasında “Dağlıq Qarabağ uğrunda müharibə - 2020: Güc strukturlarından gözləntilər və Silahlı Qüvvələrin imkanları” adlı 6 səhifədən ibarət alman dilində məqalə də yer alıb. Diplomat Franz-Stefan Gady tərəfindən 2021-ci ildə Almaniyanın Təhlükəsizlik Siyasəti üzrə Federal Akademiyasında nəşr etdirdiyi məqalədə 44 günlük müharibənin geniş təhlili aparılıb.

 

Mədəniyyət.- 2021.- 26 noyabr.- S.6.