“Nağıl saatı”nda uşaqlar “Xanın üç
qızı” ilə tanış olublar
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Nağıl saatı” layihəsində növbəti görüş keçirilib. Kitabxana Bakı şəhəri 164 nömrəli tam orta məktəbin 1-ci sinif şagirdlərinin uşaq yazarı, ssenarist Günel Əsgərova ilə görüşünü təşkil edib.
Gənc yazar Qarabağa həsr etdiyi “Xanın
üç qızı” nağılı ətrafında
söhbət aparıb. Müəllif
uşaqları nağılın baş qəhrəmanları
– ədalətli və müdrik Əhməd
xan, onun üç sevimli
qızı, döyüşkən Xəzri, zərif və
istedadlı Mələk, ağıllı və savadlı Banu, cırtdan Balaş,
insanları köləyə çevirən Təpəgöz
ilə tanış edib. Sonra Günel Əsgərova
uşaqların suallarını cavablandırıb.
Sonda
yazar “Xanın üç qızı” kitabını məktəbin
kitabxanasına hədiyyə edib.
Mədəniyyət.- 2021.- 26
noyabr.- S.7.