Milli geyim əsrlərin mirası kimi

Elmi-praktiki konfrans

 

Noyabrın 24-də Dövlət Teatr Muzeyində Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki İxtisasartırma Mərkəzinin təşkilatçılığı iləMilli geyim əsrlərin mirası kimimövzusunda elmi-praktik konfrans keçirilib.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova tədbirin əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, tədbirin keçirilməsində əsas məqsəd xalq yaradıcılığının bədii xüsusiyyətləri, onların müxtəlif formaları, bədii bəzək naxışlarının qorunaraq nəsildən-nəslə düzgün ötürülməsi Azərbaycan maddi-mədəni dəyərlərinin təbliğində milli geyimlərin aktuallığının nəzərə çatdırılmasıdır. Bildirib ki, muzeydə tamaşalar üçün hazırlanan geyim eskizləri qorunub saxlanılır: “Hər bir xalqın həyat tərzi, yaşayışı onların geyimlərində özünü göstərib. Bizim milli geyimlərimizdə müxtəlif həyat tərzinə, yaşamına, döyüş ruhuna köçəri həyat tərzinə uyğun geyimlər var”.

Konfransda tədqiqatçı alimlər milli geyimlərin əhəmiyyətindən söhbət açıblar.Şərqi Zəngəzurun geyim mədəniyyəti”, “Qloballaşma milli geyimlər”, “Azərbaycan corabları”, “Azərbaycan milli geyimlərinin tarixi formaları, etimologiyası semantikası”, “Ənənəvi geyimlərin müasir modada interpretasiyası”, “Azərbaycan geyim mədəniyyətində basmaçılıqModada üslublar dövrləradlı məruzələr maraqla qarşılanıb.

AMEA Arxeologiya Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, tarix elmləri doktoru Solmaz Məhərrəmova, Rəssamlıq Akademiyasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru Sabira Dünyamalıyeva, Memarlıq İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Fəridə Quliyeva, Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulova, Mədəniyyət İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova, Mədəniyyət üzrə Elmi-Metodiki İxtisasartırma Mərkəzinin metodistləri Məhbubə Əbilova Leyla Qılıcovanın mövzu ilə bağlı geniş təqdimatları dinlənilib.

Regionlarda fəaliyyət göstərən mədəniyyət incəsənət müəssisələrinin əməkdaşları tədbirə “Zoom” proqramı vasitəsilə qoşularaq məruzə ətrafında öz fikirlərini bildiriblər.

Sonra mədəniyyət könülləri tərəfindən milli geyimlərin təqdimatı olub.

Konfransa V.Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbininAyselrəqs qrupunun ifası ilə yekun vurulub.

 

Mədəniyyət.- 2021.- 26 noyabr.- S.5.